Hər gün duş qəbul edirsinizsə... TƏHLÜKƏ
04 Fevral 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
92
03.02.2026, 22:46
Bu gün müəllimlərin ən çox qarşılaşdıqları problemlərdən biri yerdəyişmə ilə bağlıdır.
İmthan verdikdən sonra rayona dərs üçün göndərilən müəllimlərin Bakıya geri qayıda bilməməsi problemləeə səbəb olur.
Bu, artıq sadəcə bir müəllimin şikayəti deyil, təhsilin gələcəyini quran insanların mənəvi və fiziki tükənmə xəbərdarlığıdır. Bəs mütəxəssislər nə deyir? Bu "kilid" necə açılmalıdır?
Məsələ ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Ramin Nurullayev qeyd edir ki, ümumiyyətlə, müəllimlərin işə qəbulu imtahanı var.
Bu imtahanda istər Bakı şəhərində, istərsə də regionlarda vakansiyalar elan edilir. Və həmin vakansiyalara ilk növbədə müəllimlərin işə qəbulu imtahanındakı namizədlər iştirak edir. Müvafiq bal topladıqdan sonra vakansiyalara müraciət edir. Həmin vakansiyalara müraciət əsnasında yüksək balı olanlar həmin vakansiyalara qəbul olurlar. Regionda ümumtəhsil məktəblərində fəaliyyətə başlayırlar:
“Bununla yanaşı, müəllimlərin köçürülməsi prosesi də həyata keçirilir. Müəllimlərin köçürülməsi prosesi 2 yolla olur: razılıq əsasında. Yəni, 2 müəllim razılaşır ki, “Mən Nərimanov rayonunda fəaliyyət göstərirəm. Müəyyən səbəblərdən rayona getmək istəyirəm”. Digər müəllim də Bakı şəhərinə gəlmək istəyir. Onların razılıq əsasında köçürülmələri həyata keçirilir.
İkinci yol isə müəllimlərin elektron formada müvafiq balı topladıqdan sonra köçürülmə ilə bağlı müraciət etməsidir. Həmin müraciətə ,əsasən, müəllimlərin köçürülməsi baş tutur.
Müəllimlərin işə qəbul imtahanında Bakı şəhərində vakansiyaların az olması daha çox region məktəblərində vakansiyaların çoxluğudur. Burada bir sual yaranır: Niyə Bakı şəhərində orta ümumtəhsil məktəbləri var? Niyə vakansiyaların sayı azdır?
Burada müəyyən qədər məktəb rəhbərlərinin də rolu var. İllərdir orta ümumtəhsil məktəblərində direktor kimi fəaliyyət göstərmiş bəzi şəxslər artıq professionallaşıblar. Onlar vakansiya vermirlər. Vakansiya vermədikləri təqdirdə həmin orta ümumtəhsil məktəbində boş dərs saatı qalır. Tam ştatlı müəllim gəlmir, əvəzinə özü müəyyən qaydalar çərçivəsində kimləsə razılaşaraq müəllimi müddətli işə götürür. Bildiyimiz kimi, müəllimlərin əmək fəaliyyəti 2 formada həyata keçirilir. Bir müddətsiz, bunu Elm və Təhsil Nazirliyi göndərir. Bir də müddətli. Yəni məktəb rəhbərliyi boş saatlara uyğun hər hansısa müəllimi əmək fəaliyyətinə cəlb edir.
Bu məsələ, müəyyən qədər tənzimlənməlidir. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi tərəfindən vergilər keçirilməli, yoxlanılmalıdır. Bu vəziyyətdə bu qeyri-leqal deyil. Sadəcə buna direktorların “fırıldaqlığı” və ya “çox bilmişliyi”deyək.
Müəllimlərin işə qəbul imtahanında ballara baxdığımız zaman Bakı şəhərində vakansiyaların az olması yaxud tələbatın çox olması istər-istəməz Bakıda müəllimlərin işə qəbul imtahanında regionlara nisbətən balların daha yüksək olduğunu müşahidə edirik. Bu tələbat və istək-arzu ilə daha çox bağlıdır. Çünki, əksər namizədlər daha çox Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində əmək fəaliyyətinə başlamağa səy göstərirlər.
Həmçinin oxuyun
Müəllimlərin motivasiyasını yüksəltmək və tədris keyfiyyətinin yaxşılaşdırılmasından söhbət gedirsə, düşünürəm ki, bizdə hazırda bu çox passivcəsinə hərəkət edir. Burada əsas metod birləşmə rəhbərlərinə düşür. Hər bir fənn üzrə metod birləşmələr fəaliyyət göstərir. Bəs bu metod birləşmələrin işi nədir?
Rəhbərlik etdiyi ixtisasın fənn müəllimlərinin təkmilləşdirilməsində müəyyən qədər səy göstərməlidir. Təəssüf ki, bizdə metod kabinetlər, birləşmələr istənilən vəziyyətdə deyil. Müasir texnoloji vasitələrdən istifadə etməsi, əyani vasitələrdən istifadə olunması və s. müəllimləri yetişdirməlidir.
Məsələn, Ali təhsil müəssisəsini bitirmiş gənc müəllim əmək fəaliyyətinə başlayır. Gənc müəllimi kim təkmilləşdirməlidir? Əlbəttə, birləşmə rəhbərləri. Hər məktəbdə bir metod birləşmə rəhbəri olmalıdır. Həmin rəhbər də bilavasitə, nazirliyə və ya müvafiq agentliyə, təhsil instituna müraciət etməlidir.
Regiona müəllimlərin daha çox cəlb olunmasını istəyiriksə, əmək haqqında əlavələr etməliyik. Sosial təminatı ilə bağlı müəyyən güzəştlər etməliyik. Məsələn, kirayə pulu, qida pulu, nəqliyyat pulu və s.
Artıq kapitalizm dövrüdür. Sovet cəmiyyətində məcburi icbari təminat var idi. Bu dövrdə isə buna ehtiyac yoxdur. Kapitalizm dövrü deyir ki, “Savadın varsa, işlə”.
Görünən odur ki, təhsil sistemindəki yerdəyişmə mexanizmi şəffaf deyil və insan talelərini nəzərə almır. Yüksək ballı müəllimin nazir qəbulundan "akt zalına" sürgün edilməsi, direktorların vakansiya manipulyasiyası və "qanun budur" deyib qapıların bağlanması təhsilin keyfiyyətinə vurulan ən böyük zərbədir. Elm və Təhsil Nazirliyinin bu "kilidlənmiş" sistemlə bağlı hansı addımı atacağı isə hələ də sual altındadır.
Çimnaz Telmanqızı
00:55 / 04 Fevral 2026
1
00:41 / 04 Fevral 2026
23
00:26 / 04 Fevral 2026
38
00:01 / 04 Fevral 2026
48
23:40 / 03 Fevral 2026
301
23:35 / 03 Fevral 2026
59
23:35 / 03 Fevral 2026
43
23:32 / 03 Fevral 2026
43
23:28 / 03 Fevral 2026
140
23:22 / 03 Fevral 2026
44
23:16 / 03 Fevral 2026
59
23:12 / 03 Fevral 2026
47
23:06 / 03 Fevral 2026
40
22:54 / 03 Fevral 2026
56
22:41 / 03 Fevral 2026
55
22:36 / 03 Fevral 2026
51
22:32 / 03 Fevral 2026
88
22:29 / 03 Fevral 2026
75
22:19 / 03 Fevral 2026
64
22:09 / 03 Fevral 2026
80
22:07 / 03 Fevral 2026
62
21:46 / 03 Fevral 2026
71
21:20 / 03 Fevral 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.