Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1066
03.02.2026, 20:37
Son illər bank kreditləri ilə bağlı məhkəmə çəkişmələri vətəndaşların ən çox üzləşdiyi hüquqi problemlər sırasındadır. Xüsusilə evini banka girov qoyaraq kredit götürən, lakin müxtəlif səbəblərdən borcunu vaxtında ödəyə bilməyən şəxslər psixoloji təzyiq, çaşdırıcı məlumatlar və hüquqlarının pozulması ilə qarşılaşırlar. Halbuki qanunvericilik bu kimi hallarda borclulara kifayət qədər ciddi və mühüm hüquqlar tanıyır.
Oxu24.com bildirir ki, əgər vətəndaş evini banka girov qoyaraq kredit götürüb və borc öhdəliyini yerinə yetirə bilmədiyinə görə bank tərəfindən məhkəməyə verilibsə, bu proses qısa müddətdə başa çatmır.
Təcrübədə belə məhkəmə çəkişmələri ən azı 1–2 ilə yaxın davam edir. Bu müddət ərzində isə bankın girov qoyulmuş əmlakla bağlı hər hansı sərəncam vermək, evi satmaq, satışa çıxarmaq və ya vətəndaşı evdən çıxarmaq hüququ yoxdur.
Buna baxmayaraq, bəzi hallarda bank əməkdaşlarının müştərilərə zəng edərək “evinizin şəklini çəkməliyik”, “elan yerləşdiriləcək”, “ev satışa çıxarılır” kimi ifadələrlə psixoloji təzyiq göstərdiyi müşahidə olunur. Qanunvericiliyə əsasən, məhkəmə qərarı olmadan bu cür hərəkətlər yolverilməzdir və vətəndaşın hüquqlarının pozulması hesab olunur. Belə hallarla üzləşən şəxslər bank əməkdaşlarına bu hərəkətlərin qanunsuz olduğunu və barələrində hüquqi tədbirlər görülə biləcəyini açıq şəkildə bildirmək hüququna malikdirlər.
Qanun eyni zamanda borclular üçün daha yumşaq və çıxış yolu yaradan mexanizmlər də nəzərdə tutur. Belə ki, məhkəmə prosesi çərçivəsində və ya hüquqi müdafiə vasitələri ilə borcun daha az xərclə, təxminən 24 ay müddətində, əlavə faiz və cərimələr tətbiq olunmadan geri qaytarılması üçün şərait yaradılması mümkündür.
Bu imkanlar hansısa şəxsin təşəbbüsü deyil, birbaşa qanunvericiliyin verdiyi hüquqlardır. Əsas məsələ vətəndaşların bu hüquqları bilməsi, psixoloji təzyiqə boyun əyməməsi və hüquqi mexanizmlərdən düzgün şəkildə istifadə etməsidir.
Turan Etibaroğlu
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.