Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3963
03.02.2026, 20:46
Son dövrlər kredit borcları ilə bağlı məhkəmə mübahisələri cəmiyyətdə geniş müzakirə olunur. Bir çox vətəndaş banklar tərəfindən məhkəməyə verilmək qorxusu ilə hüquqlarını bilmədən addım atır. Halbuki qanunvericiliyə edilmiş son dəyişikliklər kredit borclularının hüquqi müdafiəsini daha da gücləndirib və bankların səlahiyyətlərini müəyyən çərçivəyə salıb.
Oxu24.com xəbər verir ki,qanunvericiliyə edilən dəyişikliyə əsasən, 24 avqust 2023-cü il tarixindən sonra götürülmüş kreditlər üzrə mühüm bir hüquqi məqam qüvvəyə minib.
Belə ki, əgər kredit müqaviləsinin bitmə tarixindən bir il keçibsə, bankın həmin kredit borcu ilə bağlı vətəndaşı məhkəməyə vermək hüququ yoxdur.
Bu dəyişiklik bankların vaxt məhdudiyyəti olmadan borcluları məhkəmə təzyiqi altında saxlamasının qarşısını almağa yönəlib.
Başqa sözlə, bank kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və ya onun bitməsindən sonra müəyyən olunmuş qanuni vaxt çərçivəsində iddia qaldırmalıdır. Həmin müddət ötürüldükdən sonra məhkəməyə müraciət hüququ itirilmiş sayılır.
Hüquqşünaslar bildirirlər ki, bu halda bank tərəfindən edilən məhkəmə müraciəti əsassız hesab oluna və borclu şəxs qanuni şəkildə bu iddiaya etiraz edə bilər. Əsas şərt isə kreditin 24 avqust 2023-cü ildən sonra rəsmiləşdirilməsi və müqavilə müddətinin bitməsindən ən azı bir ilin keçməsidir.
Qeyd edək ki, bu müddəa hansısa təşəbbüs və ya fərdi yanaşma deyil, birbaşa qanunvericilikdə əksini tapmış normadır. Vətəndaşların bu hüquqları bilməsi, bankların mümkün təzyiq cəhdlərinə qarşı hüquqi mövqedən çıxış etməsi olduqca vacibdir.
Miri Məcidli
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.