Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1476
02.02.2026, 22:58
Son zamanlar sosial şəbəkələrdə trendə çevrilən “dondurma quruları” dondurularaq qurudulmuş (freeze-dried) məhsullardır.
Qurudulmuş dondurmanın adi dondurmadan əsas fərqindən danışan qida eksperti Fərid Səfərov Oxu24.com-a bildirib ki, bu məhsullar əvvəlcə çox aşağı temperaturda dondurulur, daha sonra isə xüsusi vakuum şəraitində tərkibindəki su buxarlandırılaraq çıxarılır.

“Nəticədə yüngül, xırçıldayan teksturalı, uzun müddət saxlanıla bilən bir məhsul əldə olunur. Adi dondurma isə su və süd əsaslı olduğu üçün əriməyə meyllidir və qısa müddətdə istehlak olunmalıdır.
Hazırlanma prosesi düzgün texnologiya və sanitar qaydalara əməl olunmaqla aparılmalıdır. Lakin problem daha çox harada və hansı şəraitdə hazırlandığı ilə bağlıdır. Ev şəraitində və ya qeyri-peşəkar üsullarla hazırlanan dondurma quruları qida təhlükəsizliyi baxımından risk yarada bilər.
Bu məhsulların tərkibində sağlamlıq üçün risk yarada bilən maddələr var, əsas narahatlıq süni rəngləndiricilər, dadlandırıcılar, stabilizatorlar və yüksək şəkər miqdarı ilə bağlıdır. Bəzi hallarda keyfiyyətsiz xammaldan istifadə edilməsi, süd məhsullarının düzgün saxlanmaması və ya istehsal zamanı gigiyenik qaydalara əməl olunmaması da risk faktorudur. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan məhsullarda bu cür əlavələr diqqətlə yoxlanmalıdır.
Azərbaycanda satılan dondurma qurularının qida təhlükəsizliyi standartlarına cavab verməsi isə birbaşa olaraq onların rəsmi qeydiyyatdan keçib-keçməməsindən asılıdır. Sosial şəbəkələr üzərindən, etiketlənmədən və ya mənşəyi bilinməyən şəkildə satılan dondurma quruları nəzarətdən kənarda qala bilər və bu da istehlakçı üçün risk yaradır",-deyə o bildirib.
Sağlam qidalanaraq sağlam yaşayın!
Çimnaz Telmanqızı
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.