Qaynar xətt:

(+99450) 247 90 86

Səhər duranda ağızda acılıq bundan İMİŞ

Səhər duranda ağızda acılıq bundan İMİŞ

TİBB

41

06.11.2026, 23:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhər oyandıqda və ya yeməkdən sonra ağızda müntəzəm acılıq hiss edirsiniz?Bunun səbəbi nədir?

Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Aqil Ağakişiyev bildirib ki,bu sadəcə ağızda yaranan xoşagəlməz dad deyil. Tibbdə ağız dadının dəyişməsi disgeziya adlanır. Bunun isə bir neçə səbəbi var.

Həkim bildirib ki,ən çox rast gəlinən səbəblərdən biri qastroezofageal reflüksdür. Mədə möhtəviyyatının qida borusuna geri qayıtması ağızda turş və ya acı dad yarada bilər.

Bununla yanaşı, ödün mədəyə geri qayıtması, ağız boşluğu xəstəlikləri, ağız quruluğu, bəzi dərmanlar və infeksiyalar da disgeziyaya səbəb ola bilər.

Əgər bu hal tez-tez təkrarlanırsa, xüsusən də sinə yanması, gəyirmə, ürəkbulanma və ya qarın nahiyəsində narahatlıqla müşayiət olunursa, həkimə müraciət etmək və əsl səbəbini araşdırıb tapmaq lazımdır.

Jalə