Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb
27 Noyabr 2026, 13:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
190
27.11.2026, 17:30
Almaniyada müxtəlif sahələr üzrə vakansiyalara qeydiyyat başlayıb.
Oxu24.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Xaricdə iş” layihəsi çərçivəsində Almaniya Federativ Respublikasında müxtəlif peşələr üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanıb.
Vakansiyalar qaynaqçı/çilingər, aşpaz və yük avtomobili sürücüsü peşələrini əhatə edir. Bu istiqamətlər üzrə ümumilikdə 260 nəfərin işə qəbulu nəzərdə tutulur.
Vakansiyalar üzrə əsas tələblər aşağıdakılardır:
-Qaynaqçı/çilingər: müvafiq sahə üzrə minimum 2 illik peşə təhsili, son 5 il ərzində azı 2 il iş təcrübəsi, müvafiq qaynaq texnologiyaları üzrə bacarıq və sertifikat;
- Aşpaz: aşpazlıq üzrə minimum 2 illik peşə təhsili, yeməklərin hazırlanması və qida təhlükəsizliyi qaydaları üzrə bilik və bacarıqlar;
- Yük avtomobili sürücüsü: qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi, ağır yük avtomobili idarə etmək üçün müəyyən edilmiş tibbi tələblərə uyğunluq.
Namizədlərdən hər üç vakansiya üzrə minimum A2 səviyyəsində alman dili biliyi tələb olunur. B1 səviyyəsi arzuolunandır.
Əməkhaqqı vakansiya və iş təcrübəsindən asılı olaraq aylıq 2200–4200 avro arasında dəyişir.
Almaniyada işləmək, beynəlxalq əmək bazarında təcrübə qazanmaq və peşə bacarıqlarını inkişaf etdirmək istəyən uyğun namizədlər vakansiyalar üzrə müraciət etməyə dəvət olunur. Müraciətlər onlayn qaydada qəbul edilir.
Müraciət linki: https://survey.sosial.gov.az/index.php/219848?lang=az
18:08 / 27 Noyabr 2026
18
17:58 / 27 Noyabr 2026
49
17:26 / 27 Noyabr 2026
104
17:07 / 27 Noyabr 2026
102
16:57 / 27 Noyabr 2026
100
16:38 / 27 Noyabr 2026
450
16:30 / 27 Noyabr 2026
111
16:22 / 27 Noyabr 2026
107
16:19 / 27 Noyabr 2026
106
16:06 / 27 Noyabr 2026
307
16:04 / 27 Noyabr 2026
145
15:58 / 27 Noyabr 2026
119
15:57 / 27 Noyabr 2026
165
15:31 / 27 Noyabr 2026
120
15:24 / 27 Noyabr 2026
367
15:12 / 27 Noyabr 2026
130
15:04 / 27 Noyabr 2026
139
15:03 / 27 Noyabr 2026
146
14:43 / 27 Noyabr 2026
226
14:28 / 27 Noyabr 2026
160
14:20 / 27 Noyabr 2026
168
14:02 / 27 Noyabr 2026
1207
13:57 / 27 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.