Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
25 Noyabr 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
45
27.11.2026, 20:10
Hərbi çağırışda bron siyahısına kimlər daxil edilə bilər? — Ekspertdən AÇIQLAMA
Hərbi xidmətə çağırış zamanı möhlət hüququ ilə hərbi vəzifəlilərin bron edilməsi məsələsi Azərbaycan qanunvericiliyi baxımından mühüm və strateji əhəmiyyət daşıyır. Vətəndaşların iş yerinin, tutduğu vəzifənin və ya sosial statusunun özü avtomatik olaraq şəxsi hərbi xidmətdən azad etmir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş konkret hüquqi əsas və müvafiq səlahiyyətli qurumun qərarı tələb olunur.
Xüsusilə səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərin bron edilməsi dövlət təhlükəsizliyi və idarəetmə baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin cəmiyyətdə tez-tez hər hansı dövlət müəssisəsində çalışmağın bütün əməkdaşların avtomatik bron olunması anlamına gəldiyi düşünülür ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyil. Burada əsas meyar şəxsin sadəcə harada işləməsi deyil, tutduğu vəzifənin və çalışdığı müəssisənin səfərbərlik dövründə ölkə üçün daşıdığı strateji əhəmiyyətdir.
Bronlaşdırma mexanizmi vasitəsilə bütün əmək qabiliyyətli vətəndaşların ordudan kənarda saxlanılması nəzərdə tutulmur. Əksinə, bu sistem ölkənin müdafiə qabiliyyətinin, iqtisadiyyatının və həyati əhəmiyyətli infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Proses çərçivəsində müəssisə rəhbərliyinin üzərinə də konkret vəzifə və peşələr üzrə əsaslandırılmış siyahıların hazırlanması kimi mühüm öhdəliklər düşür. Təsdiqlənmiş siyahılar əsasında aparılan sənədləşmə həm hərbi ehtiyatların düzgün bölüşdürülməsinə, həm də strateji sahələrin fəaliyyətinin qorunmasına xidmət edir.
Mövzu ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, ilk növbədə, hərbi xidmətə çağırışdan möhlət hüququ ilə hərbi vəzifəlilərin bron edilməsi hüququnu fərqləndirmək lazımdır.
Ekspert qeyd edib ki, bu məsələ Azərbaycan qanunvericiliyi baxımından mühüm və bir qədər strateji mövzudur:
"İş yerinin, vəzifənin və ya sosial statusun özü avtomatik olaraq şəxsi hərbi xidmətdən azad etmir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş konkret əsas və müvafiq səlahiyyətli qurumun qərarı olmalıdır. Bu kateqoriyaya aid edilənlərin əsasən səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərinin bron edilməsi mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, bron aşağıdakı xüsusiyyətlərə malik şəxslərə şamil edilə bilər:
•Səfərbərlik və müharibə dövründə fəaliyyətinin davam etdirilməsi vacib olan müəssisələrin əməkdaşları;
•İqtisadiyyatın, energetikanın, nəqliyyatın, rabitənin, səhiyyənin və digər strateji sahələrin fəaliyyətini təmin edən mütəxəssislər;
•Müəssisənin fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün zəruri hesab edilən rəhbər və mütəxəssis heyəti.
Elxan Şıxəliyev vurğulayıb ki, burada əsas meyar şəxsin sadəcə harada işləməsi deyil, tutduğu vəzifənin və çalışdığı müəssisənin səfərbərlik dövründə ölkə üçün əhəmiyyətidir:
"Hər hansı dövlət müəssisəsində işləmək bütün əməkdaşların avtomatik bron olunması demək deyil. Konkret vəzifə və peşələr üzrə təsdiq edilmiş siyahılara uyğunluq tələb olunur. Bronlaşdırma prosesində əsas səlahiyyətli qurum Nazirlər Kabineti tərəfindən yaradılan Bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyasıdır”.
Hərbi ekspert müəssisə rəhbərliyinin bu prosesdəki səlahiyyətləri və sənədləşmə mexanizmini də detallı şəkildə izah edib:
"Müəssisə və ya dövlət orqanı bron edilməli vəzifə və peşələrin əsaslandırılmış siyahısını hazırlayır. Bu siyahı və müvafiq məlumatlar Respublika Komissiyasına təqdim olunur. Komissiya təqdim edilmiş sənədlərə baxır və siyahıları təsdiq edir. Təsdiqlənmiş siyahılar müvafiq qurumlara və təşkilatlara göndərilir. Bron hüququ əldə edən şəxslər üçün müvafiq sənədləşmə aparılır”.
Sonda Elxan Şıxəliyev bron sisteminin əsas məqsədinə diqqət çəkərək bildirib ki, bu mexanizm səfərbərlik zamanı bütün əmək qabiliyyətli vətəndaşları ordudan kənarda saxlamaq üçün deyil:
"Məqsəd ölkənin müdafiə qabiliyyətinin, iqtisadiyyatının və həyati əhəmiyyətli infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etməkdir. Bu baxımdan, bronlaşdırma sistemi həm hərbi ehtiyatların düzgün bölüşdürülməsi, həm də müharibə dövründə dövlət idarəçiliyinin və strateji müəssisələrin fəaliyyətinin qorunması baxımından əhəmiyyət daşıyır”.
Çimnaz Telmanqızı
20:08 / 27 Noyabr 2026
110
19:58 / 27 Noyabr 2026
52
19:54 / 27 Noyabr 2026
70
19:49 / 27 Noyabr 2026
56
19:42 / 27 Noyabr 2026
66
19:38 / 27 Noyabr 2026
80
19:34 / 27 Noyabr 2026
328
19:26 / 27 Noyabr 2026
106
19:22 / 27 Noyabr 2026
85
19:09 / 27 Noyabr 2026
329
19:00 / 27 Noyabr 2026
79
18:45 / 27 Noyabr 2026
144
18:33 / 27 Noyabr 2026
115
18:25 / 27 Noyabr 2026
109
18:15 / 27 Noyabr 2026
122
18:08 / 27 Noyabr 2026
151
17:58 / 27 Noyabr 2026
133
17:30 / 27 Noyabr 2026
352
17:26 / 27 Noyabr 2026
162
17:07 / 27 Noyabr 2026
142
16:57 / 27 Noyabr 2026
138
16:38 / 27 Noyabr 2026
658
16:30 / 27 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.