Yeni təyinat OLDU
27 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
40
27.11.2026, 19:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad əl-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Oxu24.com -a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qed olunub ki, görüş zamanı Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
15 oktyabr 2026-cı il tarixində Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əs-Saninin iştirakı məmnunluqla qeyd olunub.
Görüşdə həmçinin qarşı tərəfə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi prioritetləri və Bakıda keçiriləcək İƏT-in Zirvə Görüşü barədə məlumat verilib.
Bununla yanaşı, Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə həmçinin, Azərbaycan və Qətər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad əl-Mureyxi rəhbərlik edib. Məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
19:22 / 27 Noyabr 2026
9
19:09 / 27 Noyabr 2026
122
18:45 / 27 Noyabr 2026
77
18:33 / 27 Noyabr 2026
91
18:25 / 27 Noyabr 2026
89
18:15 / 27 Noyabr 2026
102
18:08 / 27 Noyabr 2026
133
17:58 / 27 Noyabr 2026
118
17:30 / 27 Noyabr 2026
299
17:26 / 27 Noyabr 2026
150
17:07 / 27 Noyabr 2026
130
16:57 / 27 Noyabr 2026
127
16:38 / 27 Noyabr 2026
588
16:30 / 27 Noyabr 2026
141
16:22 / 27 Noyabr 2026
125
16:19 / 27 Noyabr 2026
126
16:06 / 27 Noyabr 2026
381
16:04 / 27 Noyabr 2026
171
15:58 / 27 Noyabr 2026
137
15:57 / 27 Noyabr 2026
212
15:31 / 27 Noyabr 2026
157
15:24 / 27 Noyabr 2026
413
15:12 / 27 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.