2007-ci ilədək alınan bələdiyyə torpaqlarına çıxarış almaq mümkündürmü? – VƏKİL AÇIQLADI
27 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
49
27.11.2026, 18:25
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsində Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib.
Oxu24.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, rayonun Sübh kəndində yerləşən əmlak kompleksinin (keçmiş Kür-Ağzı Nərə Balıqartırma zavodu) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə bu il oktyabrın 21-də yekun vurulub. Həmin tarixdə iddiaçıların təklif zərfləri açılıb, "Rail Trans Service" MMC müsabiqənin qalibi elan olunub, noyabrın 12-da onunla alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 2,2 milyon manat vəsaitin köçürülməsini, habelə 3 il ərzində müəssisəyə 10 milyon manat investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.
Həmin İnvestisiya Proqramı çərçivəsində kompleksdə təmir-tikinti işləri aparılacaq, 40 nohur tamamilə bərpa ediləcək, Qapalı Su Dövriyyəsi sistemi qurulacaq, yeni texnoloji avadanlıqlar quraşdırılacaq, törədici balıqlar, xammal, material, nəqliyyat vasitələri və texnikalar alınacaq.
Layihə çərçivəsində müxtəlif balıq və balıqçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Belə ki, nohur təsərrüfatında əsasən çəki, naqqa, qayabalığı və ağ amur, Qapalı Su Dövriyyəsində isə Sibir nərəsi və qara kürü istehsalının təşkili planlaşdırılır. Həmçinin müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur.
Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 150 iş yerinin yaradılması planlaşdırılır. Sözügedən layihə ölkənin balıqçılıq sənayesinə özəl sərmayələrin cəlb edilməsi və sektorun müasir tələblər səviyyəsində inkişafı baxımından əhəmiyyətlidir. Müəssisənin yenidən qurulması ilə Neftçaladakı balıqartırma zavodunun istehsal potensialı artırılacaq, daxili bazarı balıq məhsulları ilə təmin etmək, həmçinin ixrac imkanı yaranacaq.
18:45 / 27 Noyabr 2026
1
18:33 / 27 Noyabr 2026
44
18:15 / 27 Noyabr 2026
63
18:08 / 27 Noyabr 2026
97
17:58 / 27 Noyabr 2026
94
17:30 / 27 Noyabr 2026
249
17:26 / 27 Noyabr 2026
132
17:07 / 27 Noyabr 2026
115
16:57 / 27 Noyabr 2026
115
16:38 / 27 Noyabr 2026
515
16:30 / 27 Noyabr 2026
125
16:22 / 27 Noyabr 2026
118
16:19 / 27 Noyabr 2026
116
16:06 / 27 Noyabr 2026
344
16:04 / 27 Noyabr 2026
158
15:58 / 27 Noyabr 2026
128
15:57 / 27 Noyabr 2026
187
15:31 / 27 Noyabr 2026
128
15:24 / 27 Noyabr 2026
386
15:12 / 27 Noyabr 2026
135
15:04 / 27 Noyabr 2026
157
15:03 / 27 Noyabr 2026
165
14:43 / 27 Noyabr 2026
267
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.