Test ləğv oluna, yeni modelə keçilə bilər
27 Noyabr 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
311
27.11.2026, 16:06
Qarşıdan gələn 2027-ci ilin mart ayı Azərbaycanda çalışanlar üçün uzunmüddətli istirahət imkanları ilə yadda qala bilər.
Oxu24.com xəbər verir ki, bir neçə bayramın eyni aya təsadüf etməsi nəticəsində işçilər ardıcıl qeyri-iş günlərindən yararlana, ailələri ilə vaxt keçirmək, istirahət etmək və səfərlər planlaşdırmaq imkanı əldə edə bilərlər.
Belə ki, gələn ilin mart ayında 8 Mart – Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları qeyd olunacaq. Təqvim və astronomik hesablamalara əsasən, bayramların həftəsonları ilə üst-üstə düşməsi uzunmüddətli tətil günlərinin yaranmasına şərait yarada bilər.
Gözləntilərə görə, Ramazan bayramı martın 9-10-na təsadüf edəcək. Bu tarixlər rəsmi təsdiqlənərsə, martın 6-dan 10-dək ardıcıl beş gün istirahət etmək mümkün olacaq.
Novruz bayramı ilə əlaqədar isə martın 20-dən 24-dək qeyri-iş günlərinin olması gözlənilir. Bayramın ilk iki gününün həftəsonuna düşməsi səbəbindən mövcud qanunvericiliyə uyğun olaraq əlavə istirahət günlərinin müəyyənləşdirilməsi də gündəmə gələ bilər. Bu halda martın 20-dən 28-dək ardıcıl doqquz gün istirahət imkanı yarana bilər.
Beləliklə, 2027-ci ilin mart ayı işçilər üçün həm gündəlik iş rejimindən uzaqlaşmaq, həm də ailəvi istirahət, səyahət və şəxsi planlar üçün əlverişli dövrə çevrilə bilər.
Qeyd edək ki, göstərilən tarixlər və əlavə istirahət günləri ilə bağlı yekun qərar rəsmi qaydada təsdiqlənməlidir.
Ajans.az
18:08 / 27 Noyabr 2026
18
17:58 / 27 Noyabr 2026
49
17:30 / 27 Noyabr 2026
177
17:26 / 27 Noyabr 2026
104
17:07 / 27 Noyabr 2026
102
16:57 / 27 Noyabr 2026
100
16:38 / 27 Noyabr 2026
450
16:30 / 27 Noyabr 2026
111
16:22 / 27 Noyabr 2026
107
16:19 / 27 Noyabr 2026
106
16:04 / 27 Noyabr 2026
145
15:58 / 27 Noyabr 2026
119
15:57 / 27 Noyabr 2026
165
15:31 / 27 Noyabr 2026
120
15:24 / 27 Noyabr 2026
367
15:12 / 27 Noyabr 2026
130
15:04 / 27 Noyabr 2026
139
15:03 / 27 Noyabr 2026
146
14:43 / 27 Noyabr 2026
226
14:28 / 27 Noyabr 2026
160
14:20 / 27 Noyabr 2026
168
14:02 / 27 Noyabr 2026
1207
13:57 / 27 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.