Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
247
20.08.2026, 13:25
Müasir dövrdə onurğa problemləri və fəqərə xəstəlikləri əhali arasında ən çox rast gəlinən səhiyyə problemlərindən birinə çevrilib. Xüsusilə el arasında "fəqərə sürüşməsi" kimi tanınan listezlər xəstələrin həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Fəqərəarası disk yırtıqlarından fərqli olaraq listez zamanı problemlər sərt toxuma ilə bağlı olduğu üçün müalicə prosesi daha mürəkkəb və vaxt tələb edəndir. Bir çox hallarda xəstələrin müxtəlif müalicə mərkəzlərinə müraciət etmələrinə baxmayaraq istənilən nəticəni ala bilməməsi dəhz düzgün prosedur və bucağın seçilməməsindən qaynaqlanır. Mütəxəssislər bildirirlər ki, sürüşmənin dərəcəsindən və hansı fəqərədə baş verməsindən asılı olaraq tətbiq edilən traksiya prosedurları yüksək effekt verə bilər. Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Oxu24.com saytı həkim-vertebroloq Dr. Ruhel Qasımova müraciət edib.
Dr. Ruhel Qasımov saytımıza açıqlamasında bildirib ki, fəqərəarası disk yırtığı siniri müəyyən formada sıxırsa, listez sinirə daha fərqli təsir göstərir:
“Listez fəqərənin sürüşməsidir və fəqərəarası disk yırtığının müalicəsinə nisbətən listezin müalicəsi daha gec və çətin müalicəyə tabe olan bir prosesdir. Çünki disk yırtığında yumşaq toxuma ilə, listezlərdə isə fəqərə — sərt toxuma ilə işləyirsən”.
O qeyd edib ki, müalicədə ən önəmli məsələ odur ki, fəqərə sürüşübsə, orada qreydindən (dərəcəsindən) asılı olaraq — sürüşmənin 1-ci, 2-ci, 3-cü, 4-cü formasından və hansı fəqərənin (L1, L2, L3, L4, L5 və yaxud boyun/döş nahiyəsi) sürüşməsindən asılı olaraq tətbiq olunacaq prosedurlar fərqlənir.
Həkimin sözlərinə görə, sürüşmədə traksiya prosedurlarından İstifadə olunur, lakin buradakı ən önəmli nüans traksiyanın verildiyi bucaqdır:
“Əgər traksiya düzgün bucaq altında verilərsə, çox gözəl nəticələr əldə olunur. Bir çox pasiyentlər müxtəlif mərkəzlərdə müalicə alsalar da effekt görmürlər, lakin prosedurlar düzgün tətbiq olunarsa, listezlərin müalicəsində çox müsbət nəticələr əldə etmək mümkündür”.
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.