Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
311
07.08.2026, 11:10
Müasir dövrdə zərərli vərdişlər və müxtəlif asılılıq növləri cəmiyyətin qarşısında duran nəzarəti vacib olan sosial-psixoloji problemlərdən birinə çevrilmişdir. Cəmiyyətdə geniş yayılmış yanlış yanaşmalardan biri asılılıqdan azad olma prosesini yalnız fərdin şəxsi iradəsi və qətiyyəti ilə əlaqələndirməkdir. Lakin mütəxəssislər bildirirlər ki, asılılıq təkcə bir davranış pozuntusu olmayıb, bioloji, psixoloji və sosial amillərin qovşağında meydana gəlir. Bu səbəbdən zərərli vərdişlərlə mübarizə aparan şəxsin sağalma yolu fərdi səylərlə yanaşı, ətraf mühitin təsirindən də çox asılıdır. Ailənin anlayışlı münasibəti, sağlam dost çevrəsi və cəmiyyətin dəstəyi bu mürəkkəb prosesdə həlledici rol oynayır. Asılılıqdan xilas olan insanların damğalanmadan cəmiyyətə reinteqrasiya olunması müsbət nəticələrin davamlılığını təmin edən əsas şərtlərdəndir. Məsələyə fərdin deyil, bütövlükdə cəmiyyətin və dövlətin cəlb olunması sistemli mübarizənin effektivliyini dəfələrlə artırır. Problemin mənşəyini və həlli yollarını dərindən təhlil etmək sağlam cəmiyyətin qurulması üçün müstəsna əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı araşdırmaçı ekspert Məhbubə Mehdiyeva bildirib ki, zərərli vərdişlər və asılılıqlara qarşı aparılan mübarizəni sırf insanın daxili iradəsi ilə məhdudlaşdırmaq tamamilə yalnış yanaşmadır.
“Məsələ yalnız şəxsi iradədə bitmir”
Ekspertin sözlərinə görə, hərçənd insanın şəxsi qərarı və motivasiyası bərpa prosesinin sütununu təşkil etsə də, asılılıq kökləri daha dərinə işləyən – bioloji, psixoloji və sosial amillərin sintezindən yaranan mürəkkəb bir problemdir. Bu səbəbdən də bərpa yolu təkcə fərdin iradə gücü ilə yekunlaşa bilməz.
Məhbubə Mehdiyeva vurğulayıb ki, insanın böyüdüyü və yaşadığı mühit onun davranış modelini formalaşdırır:
“Bu zəncirdə ailə faktoru xüsusi çəkiyə malikdir. Aparılan tədqiqatlar göstərir ki, yaxınlarının anlayışlı, səbirli və dəstəkləyici tutumu insanın sağalmasını sürətləndirdiyi halda, fasiləsiz qınaq, təzyiq və etimadsızlıq yenidən zərərli vərdişlərə yönəlmə riskini kəskin artırır. Şəxs özünü sosial mühitdə dəyərli və qəbul olunmuş hiss etdikdə yaxşılığa doğru addım atmağa daha çox həvəslənir”.
Mütəxəssis dost mühitinin də bu prosesdə müstəsna rol oynadığını diqqətə çatdırıb. Onun fikrincə, köhnə riskli çevrəsində qalmağa davam edən şəxsin əvvəlki pis vərdişlərinə qayıtması an məsələsidir:
"Əksinə, idmanla məşğul olan, təhsilə və inkişafa önəm verən, sağlam həyat tərzini mənimsəmiş insanların arasında olmaq motivasiyanı artırır. Məhz bu səbəbdən bir çox reabilitasiya mərkəzləri ilk növbədə sosial çevrənin yenilənməsini vacib şərt kimi irəli sürür”.
Ekspert qeyd edib ki, bu mübarizədə cəmiyyətin də üzərinə böyük öhdəliklər düşür. İctimai maarifləndirmənin genişləndirilməsi, psixoloji və sosial xidmətlərin hamı üçün əlçatan olması, gənclərin məşğulluğunun təmin edilməsi və asudə vaxtlarının səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu asılılıqdan qurtulmuş şəxslərin cəmiyyətdən təcrid olunmaması və onların yenidən mühitə adaptasiyasına kömək edilməsi vacibdir.
Sonda Məhbubə Mehdiyeva əlavə edib ki, zərərli vərdişlərdən imtina bir anın və ya qısamüddətli qərarın məhsulu deyil, mərhələli və uzun sürən bir prosesdir:
"Bu çətin yolda insanın öz istəyi ilə yanaşı, ailə sevgisi, müsbət dost mühiti, peşəkar dəstək və cəmiyyətin həssas münasibəti əsas şərtlər sırasındadır. Zərərli vərdişlərə qarşı mübarizə təkcə fərdin deyil, ailənin, cəmiyyətin və dövlətin birgə məsuliyyəti olmalıdır. İnsanları sağlam həyata yalnız kompleks və sistemli addımlarla qaytarmaq mümkündür”.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
118
22:52 / 24 Oktyabr 2026
90
22:34 / 24 Oktyabr 2026
87
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
255
21:42 / 24 Oktyabr 2026
1389
21:28 / 24 Oktyabr 2026
84
21:12 / 24 Oktyabr 2026
89
21:07 / 24 Oktyabr 2026
85
20:52 / 24 Oktyabr 2026
85
20:34 / 24 Oktyabr 2026
90
20:31 / 24 Oktyabr 2026
836
20:12 / 24 Oktyabr 2026
97
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
93
19:09 / 24 Oktyabr 2026
124
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
373
18:13 / 24 Oktyabr 2026
538
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.