Böyük sərvət qazanan 4 bürc
24 Oktyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
107
24.10.2026, 23:16
Ötən gün Gürcüstanda saxlanılan, Azərbaycanın Milli Qəhramanı İbad Hüseynov Azərbaycana qayıdıb.
Oxu24.com-un suallarını cavablandıran İbad Hüseynov baş verənlərlə bağlı ətraflı məlumat verib.
Milli Qəhrəmanın sözlərinə görə, pasport nəzarətində pasportuna baxılan kimi komanda verilib: "Komanda verilən kimi bir neçə nəfər dərhal ətrafıma yığışdı, sanki hazırlaşmışdılar". Yarım saat gözlədildikdən sonra onu kobud şəkildə koridora keçiriblər. İbad Hüseynov deyib ki, orada bir saat, iki saat gözləsə də, heç kim yaxınlaşmayıb: "Mən Azərbaycanın rəsmi qəhrəmanıyam. Yaralı adamam, mənə bu cür münasibət düzgün deyil".
O bildirib ki, 4-5 saat keçsə də, ona nə su, nə çay təklif ediblər, heç bir səbəb də açıqlanmayıb: "Sanki məni cinayətkar kimi saxlayırdılar". İbad Hüseynovun sözlərinə görə, ona yalnız Gürcüstana daxil olmasının təhlükəli olduğu deyilib. "Onlardan soruşdum ki, hansı təhlükədən söhbət gedir? Cavab vermədilər. Saatlarla məni orada saxladıqdan sonra gəlib dedilər ki, Azərbaycana reys var, təyyarəyə min və geri qayıt. Yenə soruşdum ki, təhlükə dedikdə nəyi nəzərdə tutursunuz? Susdular", – deyə o söyləyib.
Təxminən 6 saat sonra yanından keçən bir xanımın dəstəyi ilə internetinə qoşularaq ölkəyə xəbər verdiyini deyən İbad Hüseynov bildirib ki, dövlət rəhbərliyi çox operativ reaksiya verib. Onun sözlərinə görə, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin göstərişi ilə konsul Röyal Paşayev hava limanına göndərilib, səfirliyin maşını isə onu səfirliyə aparıb. Görülən tədbirlər nəticəsində Gürcüstana giriş məsələsi həll olunub.
İbad Hüseynov səfirlikdə də səbəbin açıqlanmasını tələb etdiyini, geri qayıtmaq istəsə də, səfirlikdəkilərin tövsiyəsi ilə qaldığını və tədbirdə iştirak etdiyini bildirib. O, tədbirin yüksək səviyyədə keçdiyini, dünyanın müxtəlif yerlərindən dəstək aldığını deyib: "Dövlətimizə, millətimizə, xalqımıza minnətdaram".
Baş verənləri anlaşılmazlıq kimi qəbul etmədiyini vurğulayan Milli Qəhrəman bildirib: "Bir dövlətin qəhrəmanına belə kobud şəkildə yanaşmaq düzgün deyil"
Saxlanılmanın səbəbinin müharibə dövründəki döyüş fəaliyyəti ilə bağlı ola biləcəyi suala isə belə cavab verib: "Başqa bir səbəb düşünmürəm. Yəqin ki, müharibədə göstərdiyim qəhrəmanlığa görədir".
İbad Hüseynov baş verənlərlə bağlı məhkəməyə müraciət edib-etməyəcəyi barədə suala cavabında səhhətinə ciddi zərər dəydiyini vurğulayıb. O, Gürcüstanda saxlanılmasına görə məsuliyyət daşıyan şəxsləri məhkəməyə verəcəyini bildirib.
22:52 / 24 Oktyabr 2026
80
22:34 / 24 Oktyabr 2026
76
22:14 / 24 Oktyabr 2026
72
22:05 / 24 Oktyabr 2026
240
21:42 / 24 Oktyabr 2026
1254
21:28 / 24 Oktyabr 2026
81
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
81
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
789
20:12 / 24 Oktyabr 2026
90
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
121
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
101
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
358
18:13 / 24 Oktyabr 2026
491
18:07 / 24 Oktyabr 2026
89
18:02 / 24 Oktyabr 2026
751
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.