Lixtenşteyn - Azərbaycan: Heyətlər
13 Noyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
565
24.10.2026, 20:12
Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur.
Oxu24.com xəbər verir ki, bu barədə turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov deyib.
O, tədbir iştirakçılarını salamlayıb və komandalara uğurlar arzulayıb:
"Təşkilat Komitəsi adından hamınızı bu tarixi anda, ilk dəfə keçirilən U-15 dünya çempionatında salamlayıram. Bakıya, Azərbaycana xoş gəlmisiniz.
Azərbaycan 189 ölkənin milli komandasını bir araya gətirən bu möhtəşəm tədbirə ev sahibliyi etməkdən qürur duyur. Dünyanın demək olar ki, hər yerindən gələn yeniyetmə futbolçular dünya çempionatı səhnəsində öz ölkələrini təmsil etmək kimi ali şərəfə nail olublar".
Xatırladaq ki, oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək. Azərbaycan komandası bu gün saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək.
Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.