Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
314
05.08.2026, 13:35
D vitamini insan orqanizminin sağlam fəaliyyəti, immunitet sisteminin güclənməsi və sümük sağlığının qorunması üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə günəş işığının az olduğu dövrlərdə bədəndə bu vitaminin çatışmazlığı daha tez-tez müşahidə olunur. Çox vaxt vətəndaşlar D vitaminini kapsul, yoxsa damcı (yağ) formasında qəbul etməyin daha faydalı olduğu mövzusunda tərəddüd edirlər. Mütəxəssislər bildirirlər ki, D vitamininin bədəndə mənimsənilmə mexanizmini bilmək doğru seçim etməyə kömək edir. Bu maddə orqanizm tərəfindən sadəcə klassik vitamin kimi deyil, daha çox ferment kimi qarşılanır və yağda həll olan struktura malikdir.
Oxu24.com xəbər verir ki, D vitamininin xarakterində özünəməxsus bir xüsusiyyət var. Bədənimiz D vitaminini adi vitamin kimi yox, ferment kimi qarşılayır. Ona görə də elmdə buna sadəcə vitamin demək müəyyən mənada yanlışlıq hesab olunur. Bütün dünya alimləri də təsdiqləyir ki, bədən bunu ferment kimi qəbul edir və bu, yağda olan bir fermentdir.
Kapsulun içərisində olan da elə həmin yağdır. İnsan kapsulu udduqda mədədə onun üst qatı əriyir və içindəki yağ tökülür. Buna görə də elə birbaşa yağ (damcı/məhlul) formasında istifadə etmək daha rahatdır.
Gündə bir dəfə yeməklərinizin üzərinə tökərək istifadə edə bilərsiniz. Məsələn, elə bizim ümumqəbul olunmuş dərman dəyərinə malik yağlar (məsələn, zəncirotu/laboy yağı) həm ucuzdur, həm də yüksək təsir gücünə malikdir. Hər gün bir çay qaşığı yeməyinizə əlavə edib qəbul etməyiniz kifayətdir.
23:16 / 24 Oktyabr 2026
140
22:52 / 24 Oktyabr 2026
110
22:34 / 24 Oktyabr 2026
105
22:14 / 24 Oktyabr 2026
83
22:05 / 24 Oktyabr 2026
273
21:42 / 24 Oktyabr 2026
1692
21:28 / 24 Oktyabr 2026
90
21:12 / 24 Oktyabr 2026
93
21:07 / 24 Oktyabr 2026
91
20:52 / 24 Oktyabr 2026
89
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
911
20:12 / 24 Oktyabr 2026
101
20:05 / 24 Oktyabr 2026
101
19:55 / 24 Oktyabr 2026
95
19:40 / 24 Oktyabr 2026
96
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
108
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
422
18:13 / 24 Oktyabr 2026
634
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.