Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
255
05.08.2026, 12:58
Müasir dövrdə bir çox insanın vərdiş etdiyi gecə qidalanması təkcə çəki artımına deyil, daha ciddi səhhət problemlərinə də yol açır. Gün ərzində fasiləsiz çalışan ürək üçün gecə saatları dincəlmək və bərpa olunmaq üçün ən əlverişli zamandır. Lakin gecə vaxtı həzm sistemini yükləmək orqanizmin təbii ritmini pozur və ürəyin iş rejimini çətinləşdirir. Mədəyə daxil olan qidanın həzmi üçün qan axını həmin nahiyəyə yönəldiyindən ürək əzələsi kifayət qədər oksigen və qida maddələri ala bilmir. Bu hal xüsusilə damar darlığından əziyyət çəkən və ya şəkərli diabeti olan şəxslərdə ani və ağır fəsadlara gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, gecə yeməyi vərdişi miokard infarktı riskini dəfələrlə artırır.
Gün ərzində ürək işləsə də, gecələr ürək üçün dinlənmək və dincəlmək üçün ən yaxşı vaxtdır. Bu zaman puls aşağı düşür və ürək öz-özünü qidalandırır. Əgər biz gecə yemək yeyiriksə, mədə həzm prosesi üçün ürəyi köməyə çağırır və qan təchizatı tələb edir. Gecələr çox yemək həzm problemləri yaratmaqla yanaşı, ürəkdə olan ağırlaşmaları, xüsusilə koronar damarlarda darlıq və tıxanıqlıq varsa, onu daha da sürətləndirə bilər.
Ürək dincələ bilmədikdə və mədəyə daha çox qan ötürdükdə, özünün koronar qan təchizatı və oksigen tələbatı pozulur. Bu vaxt koronar gizli darlığı olan xəstələrdə infarkt riski əmələ gəlir və miokard infarktı keçirə bilərlər. Bu, ən çox şəkər xəstələrinə aiddir. Diabet olan xəstələrdə gecələr aclıq hiss olunur və eyni zamanda onlarda damar darlıqları daha tez-tez müşahidə olunur, gizli qala bilir. Mənim diabeti, piylənməsi olan və tez-tez acan xəstələrə məsləhətim odur ki, gecə yeməyinin ürək üçün belə təhlükələr yarada biləcəyini nəzərə alsınlar.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.