Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
210
03.08.2026, 11:45
Son zamanlar valideynlərin uşaqlarda iştahsızlıq problemləri ilə bağlı tez-tez müxtəlif preparatlara müraciət etməsi müşahid olunur. Mütəxəssislər bildirirlər ki, körpələrə iştahaçıcı dərmanların verilməsi onların orqanizmində ciddi və bərpaolunmaz fəsadlara yol aça bilər. Bu tür preparatlar təkcə həzm sisteminə deyil, birbaşa mərkəzi sinir sisteminə və hormonal balansa mənfi təsir göstərir. Hətta aparılan son elmi araşdırmalar bu dərmanları qəbul edən uşaqlarda ağır xəstəliklərin yaranma riskinin dəfələrlə artdığını ortaya qoyub. Valideynlər sadəcə iştahı artırmaq məqsədilə övladlarının sağlamlığını böyük təhlükə altına atdıqlarının fərqində olmurlar.
İştahaçıcı dərmanlar orqanizmə necə təsir edir?
Pediatr-infeksionist Dr. Həmid Hacıağayev Oxu24.com-a açıqlamasında bildirib ki, səbəbindən asılı olmayaraq uşaqlara iştahaçıcı dərmanların verilməsi yolverilməzdir:
"Valideynlər bu dərmanların təsir mexanizmini anlasalar, bir daha onlara müraciət etməzlər. İştahaçıcı preparatlar ilk növbədə beynin aclıq və toxluq mərkəzlərinə təsir göstərir. Aclıq hormonu olan qrelinin miqdarını artırır, toxluq hormonunun səviyyəsini isə aşağı salır”.
Onun sözlərinə görə, eyni zamanda insulinin ifrazında qeyri-stabillik yaranır. Digər tərəfdən, böyrəküstü vəzi toxumasına təsir edərək boy hormonunun ifrazına da təsir göstərirlər. Buna görə də iştahı süni şəkildə açmaq yox, iştahsızlığın kökündə duran əsl səbəbi araşdırmaq lazımdır.
Pediatr Dr. Aysel Hacıağayeva isə bu preparatların uşaqların sinir sistemi və ümumi sağlamlığı üçün yaratdığı ciddi fəsadlara diqqət çəkib:
"Bu dərmanlar verildiyi müddətdə uşaqda güclü asılılıq yaradır. Dərmanı qəbul etdikdə uşaq aşırı ac olur və davamlı yemək tələb edir, lakin preparatın qəbulu dayandıqda kəskin iştahsızlıq baş qaldırır. Bununla yanaşı, mərkəzi sinir sistemində ciddi pozuntular müşahid olunur. Bəzi uşaqlar süst, yuxulu və passiv olduğu halda, digərləri aqressiv, kaprizli və ağlağan olurlar”.
Mütəxəssis xüsusilə dəhşətli bir elmi faktı da vurğulayıb:
"Böyük Britaniya alimlərinin uzun illər davam edən tədqiqatları sübut edib ki, iştahaçıcı dərmanların qəbulu nəticəsində beynin onkoloji proseslərinin, yəni xərçəng xəstəliyinin əmələ gəlmə riski qat-qat artır. Bütün bunları nəzərə alaraq, övladlarınızın sağlamlığını riski atmayın və iştahsızlığın əsl səbəbini mütəxəssislərlə birgə araşdırın”.
23:16 / 24 Oktyabr 2026
123
22:52 / 24 Oktyabr 2026
95
22:34 / 24 Oktyabr 2026
88
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
258
21:42 / 24 Oktyabr 2026
1464
21:28 / 24 Oktyabr 2026
85
21:12 / 24 Oktyabr 2026
91
21:07 / 24 Oktyabr 2026
87
20:52 / 24 Oktyabr 2026
86
20:34 / 24 Oktyabr 2026
91
20:31 / 24 Oktyabr 2026
861
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
126
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
388
18:13 / 24 Oktyabr 2026
563
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.