Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
290
03.08.2026, 11:30
Mədə-bağırsaq sistemində yaranan poliplər və həzm pozğunluqları müasir dövrdə ən çox rast gəlinən səhhət problemlərindən biridir. Qeyri-sağlam qidalanma, stres və bakterial infeksiyalar mədə selikli qişasında müxtəlif fəsadlara və eroziyalara yol açır. Zamanında qarşısı alınmayan bu cür narahatlıqlar gələcəkdə daha ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər. Bəs mədə-bağırsaq poliplərini və infeksiyaları təbii yollarla aradan qaldırmaq mümkündürmü? Mütəxəssislər fitoterapiya və bitki tərkibli məhlulların bu cür rahatsızlıqların müalicəsində böyük rol oynadığını bildirirlər
Oxu24.com xəbər verir ki, həkim-fitoterapevt Füzuli Hüseynov boğaz, mədə və bağırsaq poliplərindən, həmçinin eroziya və bakteriyalardan xilas olmağın təbii yollarını açıqlayıb.
Həkim Füzuli Hüseynov mədə poliplərindən əziyyət çəkənlər üçün xüsusi qarışım reseptini təqdim edib:
•Tərkibi: 500 qram təbii bal və 500 qram şüyüd şirəsi.
•Hazırlanması və istifadəsi: Bal ilə şüyüd şirəsi bir-birinə yaxşıca qarışdırılır. Alınan qarışıqdan gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı götürülərək 1 stəkan suya əlavə olunur və içilir.
•Müalicə kursu: Bu qarışım bitdikdən sonra eyni qayda ilə bir dəfə də hazırlanaraq qəbul edilməlidir.
Həkim bildirir ki, əgər orqanizmdə Helicobacter Pylori bakteriyası varsa, sulu propolis məhlulundan istifadə etmək tövsiyə olunur:
•Sulu propolis: Fitoklublardan əldə edilən sulu propolis məhlulundan gündə 3 dəfə 1 çay qaşığı götürülüb yarım stəkan suya qarışdırılaraq içilməlidir (ümumilikdə 5 flakon istifadə olunur).
Mədədə Helicobacter Pylori bakteriyasının inkişafı nəticəsində yaranan eroziya ocaqlarını aradan qaldırmaq üçün isə çobanyastığı və gülümbahar dəmləməsi məsləhət görülür:
•Dəmləmənin hazırlanması: 3 stəkan qaynar suya 2 xörək qaşığı gülümbahar və 1 xörək qaşığı çobanyastığı əlavə edilərək dəmlənir.
•Qəbulu: Gündə 3 dəfə, yemekdən əvvəl 1 stəkan içilir.
Fitoterapevt Füzuli Hüseynov vurğulayıb ki, bu təbii müalicə kursunu 2 ay ardıcıl şəkildə tətbiq etdikdə mədə-bağırsaq sistemindəki poliplər, eroziya və infeksiyalar tamamilə aradan qalxır.
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.