Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
271
29.07.2026, 10:11
D vitamini çatışmazlığı dünyanın bir çox ölkəsində sağlamlıq problemlərindən biri olaraq qalır.
Mütəxəssislər bildirirlər ki, "günəş vitamini" kimi tanınan D vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm də immun sistemi, əzələ funksiyası və bir sıra metabolik proseslər üçün həyati əhəmiyyət daşıyır.
D vitamini orqanizmdə hormon kimi fəaliyyət göstərən, yağda həll olan vacib vitamindir. Onun əsas mənbəyi günəş işığıdır. Günəşdən gələn UVB şüalarının dəri ilə təması nəticəsində D vitamini sintez olunur.
Mütəxəssisin sözlərinə görə, D vitamini müəyyən qida məhsullarından da əldə edilə bilər. Zəruri hallarda isə həkim tövsiyəsi ilə əlavə preparatlardan istifadə olunur. Orqanizmdə aktiv formaya çevrildikdən sonra D vitamini kalsium və fosfor balansını tənzimləyir, sümük və diş sağlamlığını qoruyur, əzələlərin normal fəaliyyətini dəstəkləyir və immun sisteminin düzgün işləməsinə kömək edir.
D vitamini çatışmazlığı yalnız sümüklərlə bağlı problem deyil. Bu hal uşaqlarda raxit xəstəliyinə, böyüklərdə isə osteoporoz, osteomalasiya (sümüklərin yumşalması) və sınıq riskinin artmasına səbəb ola bilər.
Mütəxəssislər D vitamini səviyyəsinin sadə qan analizi ilə müəyyən edilə biləcəyini bildirərək, xüsusilə risk qrupunda olan şəxslərin mütəmadi müayinədən keçməsini və vitamin əlavələrini yalnız həkim məsləhəti ilə qəbul etməsini tövsiyə edirlər.
23:16 / 24 Oktyabr 2026
140
22:52 / 24 Oktyabr 2026
110
22:34 / 24 Oktyabr 2026
105
22:14 / 24 Oktyabr 2026
83
22:05 / 24 Oktyabr 2026
273
21:42 / 24 Oktyabr 2026
1692
21:28 / 24 Oktyabr 2026
90
21:12 / 24 Oktyabr 2026
93
21:07 / 24 Oktyabr 2026
91
20:52 / 24 Oktyabr 2026
89
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
911
20:12 / 24 Oktyabr 2026
101
20:05 / 24 Oktyabr 2026
101
19:55 / 24 Oktyabr 2026
95
19:40 / 24 Oktyabr 2026
96
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
108
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
422
18:13 / 24 Oktyabr 2026
634
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.