Burun çəpəri əyriliyi hər zaman əməliyyat tələb edirmi? — Həkim AÇIQLAMASI
06 İyul 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
84
07.07.2026, 11:33
İnsult dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da ölüm və əlilliyə səbəb olan əsas xəstəliklərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, insult zamanı vaxtında tibbi yardım göstərilməsi xəstənin həyatını xilas etməklə yanaşı, sonradan yarana biləcək ağır nevroloji fəsadların qarşısını almaqda həlledici rol oynayır.
Oxu24.com-a açıqlama verən nevroloq Yeganə Rəşidova bildirib ki, bir çox insanlar insultun ilk əlamətlərini adi halsızlıq, təzyiq dəyişməsi və ya yorğunluq kimi qiymətləndirərək qiymətli vaxt itirirlər.Həkimin sözlərinə görə, son günlərdə ona müraciət edən pasiyentlərin yaxınları arasında belə bir sual tez-tez səslənir: “Anamın 65 yaşı var. Son üç gündür dilində qəribə bir böyümə hissi var, üzü keyiyir, əlində tutduğu əşyalar tez-tez yerə düşür, qolunda güc qalmadığını deyir. Bundan başqa, başgicəllənməsi, ayaqlarında keyimə və sanki pambığın üzərində yeriyirmiş kimi hissiyatı var. Bu nədən qaynaqlana bilər?”
Nevroloq vurğulayır ki, xüsusilə 60 yaşdan yuxarı insanlarda bu cür əlamətlər ciddi şəkildə qiymətləndirilməlidir.Əgər 65 yaşlı bir insanda qəfil yaranan üz keyiməsi, danışıqda dəyişiklik, əllərdə zəiflik, əşyaları saxlaya bilməmək, başgicəllənmə, ayaqlarda keyimə və tarazlığın pozulması kimi əlamətlər müşahidə olunursa, ilk növbədə insult ehtimalı nəzərə alınmalıdır. Bu simptomları heç vaxt adi halsızlıq və ya yaşla əlaqələndirib ev şəraitində gözləmək düzgün deyilYeganə Rəşidovanın sözlərinə görə, insult zamanı beyinə qan axınının pozulması nəticəsində sinir hüceyrələri oksigensiz qalır və onların bir hissəsi qısa müddət ərzində məhv ola bilər. Məhz buna görə də ilk saatlar tibbdə “qızıl saatlar” adlandırılır.
“Hər dəqiqə minlərlə beyin hüceyrəsi zədələnə bilər. Xəstə nə qədər tez həkimə çatdırılarsa, müalicənin uğurlu nəticə vermə ehtimalı bir o qədər yüksək olur”, – deyə nevroloq qeyd edib.Həkim bildirib ki, insultun ən çox rast gəlinən ilkin əlamətlərinə üzün bir tərəfində keyimə və ya sallanma, qol və ayaqda qəfil zəiflik, danışığın pozulması, sözləri düzgün tələffüz edə bilməmək, başgicəllənmə, tarazlığın itməsi, görmədə qəfil dəyişiklik və güclü baş ağrısı daxildir.Onun sözlərinə görə, bəzi hallarda pasiyentlər “əlimdə güc yoxdur”, “stəkanı saxlaya bilmirəm”, “ayağım sözümə baxmır”, “yeriyəndə sanki pambığın üstündə gəzirəm” kimi ifadələr işlədirlər. Bu şikayətlər də nevroloji qiymətləndirmə tələb edən ciddi siqnallar hesab olunur.
Nevroloq vurğulayıb ki, xüsusilə arterial hipertenziyadan, şəkərli diabetdən, ürək ritm pozğunluqlarından, yüksək xolesterindən əziyyət çəkən şəxslər insult baxımından risk qrupuna daxildirlər.
“Həmin şəxslər belə əlamətlər hiss etdikdə vaxt itirmədən təcili tibbi yardıma müraciət etməlidirlər. Özbaşına dərman qəbul etmək və ya simptomların keçəcəyini gözləmək vəziyyəti daha da ağırlaşdıra bilər”, – deyə o bildirib.
Yeganə Rəşidovanın sözlərinə görə, dəqiq diaqnoz yalnız həkim müayinəsi və müasir görüntüləmə üsulları vasitəsilə qoyula bilər.
“Pasiyent nevroloji müayinədən keçməli, ehtiyac olduqda baş beynin kompüter tomoqrafiyası və ya maqnit-rezonans tomoqrafiyası (MRT) aparılmalı, eyni zamanda laborator analizlər və damar müayinələri icra edilməlidir. Yalnız bundan sonra simptomların insult, keçici işemik həmlə və ya başqa nevroloji xəstəliklə bağlı olub-olmadığını müəyyən etmək mümkündür”, – deyə mütəxəssis qeyd edib.Həkim sonda bir daha xatırladıb ki, insultun erkən aşkarlanması xəstənin gələcək həyat keyfiyyətini müəyyən edən ən vacib amillərdən biridir.
“Əgər yaxınlarınızda qəfil üz keyiməsi, danışıq pozğunluğu, əl və ayaqlarda zəiflik, başgicəllənmə və tarazlıq problemləri yaranarsa, bunu adi hal hesab etməyin. Dərhal nevroloqa və ya təcili tibbi yardıma müraciət edin. Vaxtında göstərilən tibbi yardım insanın həm həyatını, həm də gələcək sağlamlığını xilas edə bilər”, – deyə nevroloq Yeganə Rəşidova Oxu24.com-a açıqlamasında vurğulayıb.
Jalə
13:45 / 07 İyul 2026
13
13:40 / 07 İyul 2026
29
13:36 / 07 İyul 2026
33
13:29 / 07 İyul 2026
35
13:23 / 07 İyul 2026
42
13:15 / 07 İyul 2026
54
13:10 / 07 İyul 2026
480
12:54 / 07 İyul 2026
181
12:53 / 07 İyul 2026
64
12:42 / 07 İyul 2026
68
12:31 / 07 İyul 2026
331
12:25 / 07 İyul 2026
69
12:18 / 07 İyul 2026
136
12:00 / 07 İyul 2026
980
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
207
11:51 / 07 İyul 2026
64
11:22 / 07 İyul 2026
116
11:10 / 07 İyul 2026
87
11:09 / 07 İyul 2026
101
11:05 / 07 İyul 2026
85
11:01 / 07 İyul 2026
251
10:53 / 07 İyul 2026
493
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.