Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
513
07.07.2026, 13:15
Milli Məclisin deputatı Zahid Oruc "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərlə bağlı çıxışında ölkənin rəqəmsal inkişaf strategiyası və kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan yeniliklər barədə danışıb.
Oxu24.com xəbər verir ki, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, layihənin hazırlanmasını zəruri edən əsas səbəb XXI əsrdə milli təhlükəsizlik anlayışının dəyişməsi, rəqəmsal suverenliyin, dövlət informasiya sistemlərinin, maliyyə sektorunun və kritik infrastrukturun milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir.
Zahid Oruc qeyd edib ki, ölkədə rəqəmsal dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya ilə qoyulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə elektron hökumət, rəqəmsal xidmətlər, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat istiqamətində ardıcıl islahatlar həyata keçirilib.
Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında 58 təşəbbüs, 34 qanunvericilik aktına, 9 Prezident fərmanına və Nazirlər Kabinetinin 3 qərarına dəyişiklik edilməsi planlaşdırılıb.
Zahid Orucun sözlərinə görə, qanun layihəsində rəqəmsal sferada fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri, yüksək ixtisaslı İT mütəxəssislərinin isə gəlir vergisindən tam azad edilməsi nəzərdə tutulur.
Deputat bildirib ki, myGov platforması bütün dövlət xidmətləri üçün vahid rəqəmsal pəncərəyə çevrilir. Hazırda e-Sosial, e-TƏBİB və e-Su sistemləri tam inteqrasiya olunub, e-Polis, Mobil Notariat, Azərişıq, Reseptim və digər xidmətlərin inteqrasiyasının isə ilin sonunadək başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, son üç ayda myGov platformasının istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksəlib.
Deputat qeyd edib ki, son on ildə ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul təxminən beş dəfə artsa da, bununla yanaşı müəllim heyətinin, laboratoriyaların və təhsil proqramlarının da inkişaf etdirilməsi vacibdir.
Zahid Oruc vurğulayıb ki, qanun layihəsinin əsas məqsədi kibercinayətkarlıq, məlumat sızmaları, fidyə proqramları, saxta domenlər, sosial mühəndislik hücumları və süni intellekt vasitəsilə həyata keçirilən manipulyasiyalara qarşı qabaqlayıcı kibertəhlükəsizlik sisteminin formalaşdırılmasıdır.
Deputat bildirib ki, layihə beynəlxalq təcrübəyə uyğundur və Avropa İttifaqının NIS2 Direktivi, Estoniya, Finlandiya və ABŞ-ın kibertəhlükəsizlik modelləri nəzərə alınmaqla hazırlanıb.
Onun sözlərinə görə, qanun layihəsində ilk dəfə olaraq kiberməkan, kibertəhlükəsizlik, kibergigiyena, rəqəmsal dəlil, Rəqəmsal Tədqiqatlar Mərkəzi, Milli Kiberinsidentlərə Cavab Mərkəzi (CERT), Dövlət Kiberinsidentlərə Cavab Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) kimi anlayışlar sistemli şəkildə qanunvericilikdə təsbit olunur.
Zahid Oruc əlavə edib ki, layihədə rəqəmsal dəlillərin hüquqi əsaslarının formalaşdırılması, dövlət və özəl sektor arasında məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi, dövlət informasiya sistemlərinin təhlükəsizlik auditinin gücləndirilməsi və Milli Kibertəhlükəsizlik Agentliyinin institusional fəaliyyətinin tamamlanması da nəzərdə tutulur.
Deputat qeyd edib ki, Milli Kibertəhlükəsizlik İndeksinin 2026-cı ilin iyun göstəricilərinə əsasən Azərbaycan 83,33 balla 31-ci, Gürcüstan 64-cü, Ermənistan isə 97-ci yerdə qərarlaşıb.
Zahid Oruc bank sektorunda son illər artan fişinq hücumlarına da diqqət çəkərək bildirib ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə ödəniş kartları üzrə 28 min 766 rəqəmsal dələduzluq əməliyyatı qeydə alınıb və vətəndaşlara dəymiş zərər 5 milyon manatdan çox olub.
Deputat sonda vurğulayıb ki, təqdim olunan qanun layihəsi Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlərin hüquqi davamıdır və həm Milli Məclis, həm də ictimaiyyət tərəfindən dəstəklənəcəyinə inanır.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.