8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
512
07.07.2026, 11:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.
Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.
Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.
Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.