Göz təzyiqinin normal olması sizi aldatmasın! – HƏKİM DANIŞDI
09 Noyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
515
06.07.2026, 22:26
Xüsusilə fəsil dəyişikliklərində bir çox insan burun tıxanıqlığı və nəfəs almaqda çətinlik çəkməkdən şikayətlənir. Əksər hallarda bu problemin kökündə burun çəpəri əyriliyi dayansa da, cəmiyyətdə bu diaqnozun qoyulduğu hər kəsin mütləq cərrahiyyə masasına əyləşməli olduğu barədə yanlış bir təsəvvür var.
Oxu24.com xəbər verir ki, əslində əhalinin böyük bir qismində bu problem mövcuddur, lakin onların heç də hamısına cərrahi müdaxilə tələb olunmur. Bəs hansı hallarda yalnız dərman müalicəsi kifayət edir və hansı simptomlar əməliyyatın qaçılmaz olduğunu göstərir? Mövzu ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirmək üçün mütəxəssis rəyinə müraciət etdik.
Məhz bu aktual suallarla bağlı Qulaq Burun Boğaz Cərrahı Op. Dr. Natavan Yaqubova Oxu24.com-a vacib məqamları açıqlayıb.
“Əhalinin 90-95%-də rast gəlinir”
Dr. Natavan Yaqubovanın sözlərinə görə, aparılan müayinələr göstərir ki, əhalinin təxminən 90-95%-ində bu və ya digər dərəcədə burun çəpəri əyriliyi müşahidə olunur. Lakin bu, heç də o demək deyil ki, hər bir halda cərrahi müdaxiləyə ehtiyac var.
Hansı hallarda müalicə kifayətdir?
Əgər pasiyentin ciddi bir şikayəti yoxdursa, problem yalnız aşağıdakı hallarla bağlıdırsa, ilk növbədə konservativ (dərman) müalicəsinə üstünlük verilir:
•Allergik rinit preblemləri
•Burun balıqqulaqlarında hipertrofiya (şişkinlik)
Nə zaman əməliyyat mütləqdir?
Həkim vurğulayıb ki, əgər burun çəpərinin əyriliyi insanın həyat keyfiyyətini gözəçarpan dərəcədə azaldırsa, əməliyyat qaçılmaz olur. Cərrahiyyə məsləhət görülən əsas simptomlar bunlardır:
•Burun tutulması və daimi tıxanıqlıq
•Nəfəs almaqda çətinlik və tənəffüs çatışmazlığı
Op. Dr. Natavan Yaqubova bu kimi hallarda pasiyentlərə vaxt itirmədən həkimə müraciət etməyi və əməliyyat variantını dəyərləndirməyi tövsiyə edir.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.