Sabiq məhkəmə sədri vəfat etdi
06 İyul 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
69
07.07.2026, 11:58
Bank krediti üzrə borcunu vaxtında ödəyə bilməyən vətəndaşların ən çox üzləşdiyi problemlərdən biri də məhkəmə qərarından sonra icra ödənişinin hesablanmasıdır. Xüsusilə borcun üzərinə əlavə məbləğin gəlməsi bir çox borcluların narazılığına səbəb olur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Rüstəm Rəhimov bildirib ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra borclu şəxs qərarı könüllü şəkildə icra etməzsə, qanunvericiliyə uyğun olaraq əlavə icra ödənişi tətbiq edilir.Vəkilin sözlərinə görə, son illərdə “İcra haqqında” qanuna edilən dəyişikliklərdən sonra icra ödənişinin məbləği artırılıb.
“Əvvəllər icra ödənişi borc məbləğinin 7 faizi həcmində hesablanırdı. Lakin qanunvericiliyə edilən dəyişiklikdən sonra bu göstərici 10 faizə qaldırılıb. Yəni borclu məhkəmə qərarını vaxtında icra etmədikdə, əsas borcla yanaşı onun 10 faizi həcmində əlavə icra ödənişi də ödəməli olur”, – deyə Rüstəm Rəhimov bildirib.
Hüquqşünas qeyd edib ki, bəzi vətəndaşlar bu məbləği cərimə kimi qəbul etsələr də, əslində söhbət qanunla müəyyən edilmiş icra ödənişindən gedir.
“Məsələn, əgər şəxsin banka olan borcu 8 min manatdırsa və məhkəmə qərarı könüllü icra edilməyibsə, həmin şəxs əlavə olaraq 800 manat icra ödənişi də ödəməli olacaq. Bu məbləğ əsas borcdan ayrıca hesablanır və qanunvericiliyin tələbidir”, – deyə vəkil izah edib.
R.Rəhimov vurğulayıb ki, borclunun ailə vəziyyəti, o cümlədən həyat yoldaşının əlilliyi kimi hallar borcun və ya icra ödənişinin avtomatik ləğv olunması üçün hüquqi əsas yaratmır.
“Əlbəttə, borclunun sosial vəziyyəti, ailəsində ağır xəstənin və ya əlilliyi olan şəxsin olması müəyyən hallarda nəzərə alına bilər. Lakin bu, məhkəmə qərarının icrasını və ya qanunla müəyyən edilmiş icra ödənişini avtomatik aradan qaldırmır. Bunun üçün ayrıca hüquqi prosedurlar mövcuddur”, – deyə hüquqşünas bildirib.Vəkil qeyd edib ki, məhkəmə qərarı icraya yönəldildikdən sonra borcluya qərarın könüllü icrası üçün müəyyən müddət verilir.
“İcra məmuru tərəfindən bildiriş təqdim olunduqdan sonra borcluya qərarı könüllü şəkildə yerinə yetirmək üçün qanunla müəyyən edilmiş müddət verilir. Əgər həmin müddət ərzində borc tam ödənilərsə, əlavə 10 faiz icra ödənişi tətbiq olunmur. Lakin bu müddət ötürüldükdə artıq icra ödənişinin hesablanması qaçılmaz olur”, – deyə Rüstəm Rəhimov bildirib.
Onun sözlərinə görə, praktikada bir çox borclular məhz bu səbəbdən əlavə maliyyə yükü ilə qarşılaşırlar.
“Mən öz müvəkkillərimə də həmişə tövsiyə edirəm ki, əgər məhkəmə qərarı artıq qüvvəyə minib və borcun ödənilməsi qaçılmazdırsa, mümkün qədər könüllü icra müddətində ödənişi həyata keçirsinlər. Çünki vaxtında ödənilməyən borcun üzərinə əlavə 10 faiz icra ödənişi hesablanır və nəticədə şəxsin maliyyə yükü daha da artır”, – deyə vəkil əlavə edib.
Rüstəm Rəhimov sonda vətəndaşlara tövsiyə edib ki, bank borcu ilə bağlı məhkəmə qərarı çıxarıldıqdan sonra məsələni yubatmasınlar, icra sənədi təqdim olunan kimi hüquqi məsləhət alsınlar və imkan daxilində borcu könüllü qaydada ödəyərək əlavə xərclərin yaranmasının qarşısını alsınlar. Bu, həm əlavə maliyyə itkisindən yayınmağa, həm də icra prosesinin daha qısa müddətdə başa çatmasına imkan verir.
Nigar
13:15 / 07 İyul 2026
1
13:10 / 07 İyul 2026
53
12:54 / 07 İyul 2026
102
12:53 / 07 İyul 2026
45
12:42 / 07 İyul 2026
53
12:31 / 07 İyul 2026
229
12:25 / 07 İyul 2026
57
12:18 / 07 İyul 2026
113
12:00 / 07 İyul 2026
822
11:52 / 07 İyul 2026
183
11:51 / 07 İyul 2026
58
11:33 / 07 İyul 2026
74
11:22 / 07 İyul 2026
108
11:10 / 07 İyul 2026
78
11:09 / 07 İyul 2026
76
11:05 / 07 İyul 2026
76
11:01 / 07 İyul 2026
243
10:53 / 07 İyul 2026
424
10:48 / 07 İyul 2026
70
10:46 / 07 İyul 2026
74
10:39 / 07 İyul 2026
86
10:32 / 07 İyul 2026
78
10:15 / 07 İyul 2026
522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.