Benjamin Kərimov: Görmə sinirinin zədələnməsi geri dönməz görmə itkisinə səbəb ola bilər
15 İyun 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
96
15.06.2026, 15:10
Mövsümi dəyişikliklərlə birlikdə allergik xəstəliklərdən əziyyət çəkən insanların sayı artır. Xüsusilə gözlərdə qaşınma, qızartı, sulanma və yanma kimi şikayətlər bir çox insanı narahat edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən oftalmoloq Benjamin Kərimov bildirib ki, allergik göz xəstəlikləri tamamilə aradan qaldırıla bilən problemlər deyil və onların əsas müalicə prinsipi xəstəliyin nəzarət altında saxlanılmasıdır.
Həkimin sözlərinə görə, allergik konyunktivit, allergik blefarit və gözün digər allergik xəstəlikləri immun sisteminin fəaliyyəti ilə əlaqədardır. Bu səbəbdən həmin xəstəlikləri kökündən yox etmək mümkün olmur.
“Pasiyentlər arasında tez-tez belə bir sual yaranır ki, göz allergiyası tam müalicə olunurmu? Təəssüf ki, cavab xeyrdir. Çünki allergiyanın yaranma mexanizmi insanın immun sistemi ilə bağlıdır. İmmun hüceyrələri ətraf mühitdə olan müxtəlif maddələri – tozları, bitki tozcuqlarını, polenləri, havada olan mikroskopik hissəcikləri və digər allergenləri təhlükə kimi qəbul etdikdə həmin maddələrə qarşı reaksiyalar formalaşdırır. Nəticədə göz toxumalarında allergik proses başlayır”, – deyə Benjamin Kərimov qeyd edib.
Onun sözlərinə görə, allergik reaksiyalar zamanı gözlərdə qızartı, qaşınma, sulanma, yanğı hissi, işığa qarşı həssaslıq və göz qapaqlarında şişkinlik müşahidə oluna bilər. Bəzi hallarda xəstələr bu əlamətləri sadə göz yorğunluğu ilə qarışdırır və vaxtında həkimə müraciət etmirlər.
Benjamin Kərimov bildirib ki, allergiyanın tamamilə yox edilməsi nəzəri baxımdan immun sisteminin fəaliyyətinin dayandırılması demək olardı ki, bu da insan həyatı üçün mümkün və təhlükəli bir vəziyyətdir.
“İmmun sisteminin əsas vəzifəsi orqanizmi xarici təsirlərdən qorumaqdır. Ona görə də allergiyanı tamamilə dayandırmaq mümkün deyil. Biz yalnız allergik reaksiyaların şiddətini azaltmağa, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və simptomları nəzarətdə saxlamağa çalışırıq”, – deyə həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, allergik göz xəstəlikləri xüsusilə fəsil dəyişiklikləri zamanı daha da aktivləşir. Yaz aylarında ağac və bitkilərin tozcuqları, payız aylarında isə müxtəlif allergenlərin artması səbəbindən xəstələrdə şikayətlər daha çox müşahidə olunur.
“Ən riskli dövrlər adətən mart, aprel və may ayları, həmçinin sentyabr, oktyabr və noyabr ayları hesab olunur. Bu aylarda allergik konyunktivitdən əziyyət çəkən insanlarda əlamətlər daha da güclənə bilər. Buna görə də belə pasiyentlər profilaktik tədbirlərə daha ciddi əməl etməlidirlər”, – deyə Benjamin Kərimov bildirib.
Həkim allergiyadan əziyyət çəkən şəxslərə özbaşına dərman qəbul etməməyi, göz damcılarından nəzarətsiz istifadə etməməyi və şikayətlər artdığı halda mütləq oftalmoloqa müraciət etməyi tövsiyə edib.
Onun sözlərinə görə, düzgün seçilmiş müalicə və profilaktik tədbirlər sayəsində allergik göz xəstəliklərini uzun müddət nəzarətdə saxlamaq, xəstələrin gündəlik həyatına mane olan əlamətləri minimuma endirmək mümkündür.
19:13 / 15 İyun 2026
1
19:03 / 15 İyun 2026
24
18:50 / 15 İyun 2026
26
18:41 / 15 İyun 2026
113
18:39 / 15 İyun 2026
59
18:16 / 15 İyun 2026
196
18:15 / 15 İyun 2026
105
18:06 / 15 İyun 2026
77
17:59 / 15 İyun 2026
78
17:58 / 15 İyun 2026
81
17:48 / 15 İyun 2026
286
17:43 / 15 İyun 2026
65
17:37 / 15 İyun 2026
86
17:37 / 15 İyun 2026
84
17:35 / 15 İyun 2026
90
17:30 / 15 İyun 2026
388
17:29 / 15 İyun 2026
89
17:26 / 15 İyun 2026
84
17:23 / 15 İyun 2026
79
17:22 / 15 İyun 2026
64
17:05 / 15 İyun 2026
91
17:02 / 15 İyun 2026
160
16:57 / 15 İyun 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.