General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
599
15.06.2026, 17:37
Azərbaycanda bina və qurğuların layihələndirilməsi zamanı əlilliyi olan şəxslərin zəruri həyat şəraitinin təmin edilməsi məqsədilə xüsusi parklanma qaydaları müəyyən olunub.
Oxu24.com Ajans.az -a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, avtomobil yollarının hərəkət hissəsində və ya ona bitişik sahələrdə təşkil edilən parklanma yerlərində əlilliyi olan şəxslər, o cümlədən təkərli oturacaq təyin edilmiş şəxslər üçün ümumi yerlərin ən azı 5 faizi (1 yer sığorta olunmaqla) qədər xüsusi sahə ayrılmalıdır.
Ayrılacaq yerlərin sayı ümumi parklanma tutumuna mütənasib şəkildə hesablama yolu ilə müəyyən edilir. Belə ki, ümumi yer 100-ə qədər olduqda 5% (ən azı 1 yer), 101-dən 200-ə qədər olduqda 5 yer + 100-dən çox olan hissənin 3%-i ayrılmalıdır. Tutumu 201-500 arası olduqda 8 yer + 200-dən çox hissənin 2%-i, parklanma yeri 501-dən artıq olduqda isə 14 yer + 500-dən çox hissənin 1%-i qədər sahə əlilliyi olan şəxslərin istifadəsinə verilməlidir.
Qaydalarda bu xüsusi yerlərin nişanlanması və vizual əlçatanlığı ilə bağlı da sərt tələblər qoyulub. Hər bir maşın yeri AZS 943 dövlət standartına uyğun xüsusi yol nişanlanması ilə qeyd edilməli və ərazidə yol nişanları qoyulmalıdır. Binaların daxilində isə əlçatanlıq işarələri piyada yollarından kənarda, şaquli səthlərdə 1,5-2,0 metr hündürlükdə, digər hallarda isə nişanın aşağı hissəsinə qədər 2,1 metr hündürlükdə yerləşdirilməlidir.
Piyadaların rahatlığı üçün parklanma yerlərinin binaların girişinə qədər olan məsafələri də dəqiq tənzimlənib. Parklanma yerləri xidmət obyektlərinin girişindən ən çoxu 50 metr, yaşayış binalarının girişindən isə 100 metrdən uzaq olmamalıdır. Yenidənqurma zamanı və ya mürəkkəb relyefli sahələrdə bu məsafənin 150 metrə, avtonəqliyyatın girişi qadağan edilən yaşayış binalarında isə parklanma yerinə kimi məsafənin 200 metrədək artırılmasına yol verilir.
Məhdud şəraitə malik ərazilərdə və şəhərlərin tarixi hissələrində, binaların girişində qısamüddətli dayanma yerləri nəzərdə tutulmalıdır. Həmçinin bu xüsusi şəraitdə təkərli oturacaqdan istifadə edənlər üçün ayrılmış iki qonşu maşın yerinin arasındakı keçid hissəsinin ümumi eni 1,2 metr qəbul edilə bilər. Əgər parklanma yeri yolun kənarında yerləşirsə, onun uzunluğunun mütləq şəkildə 6,8 metr olması tələb edilir.
Sənəddə vurğulanır ki, nəqliyyat vasitəsindən düşülən yerlərin uzununa və eninə mailliyi 20%-dən (1:50) çox olmamalı, hamar və sürüşməyən örtüyü olmalıdır. Eyni zamanda, bu parklanma yerlərini əsas piyada yolları və səkilərlə birləşdirən ən azı bir piyada keçidi və sürüşməyən örtüklü bordür pandusu quraşdırılmalıdır. Bordürə paralel parklanma yerlərinin ölçüləri isə avtomobilin arxa hissəsinə keçidi və qaldırıcı qurğulardan rahat istifadəni təmin etməlidir.
19:26 / 10 Noyabr 2026
1
19:20 / 10 Noyabr 2026
66
19:06 / 10 Noyabr 2026
58
18:58 / 10 Noyabr 2026
193
18:56 / 10 Noyabr 2026
65
18:39 / 10 Noyabr 2026
101
18:26 / 10 Noyabr 2026
148
18:25 / 10 Noyabr 2026
124
18:19 / 10 Noyabr 2026
113
18:17 / 10 Noyabr 2026
96
18:04 / 10 Noyabr 2026
115
18:02 / 10 Noyabr 2026
1071
17:54 / 10 Noyabr 2026
116
17:42 / 10 Noyabr 2026
129
17:35 / 10 Noyabr 2026
105
17:16 / 10 Noyabr 2026
405
17:10 / 10 Noyabr 2026
154
17:06 / 10 Noyabr 2026
235
16:55 / 10 Noyabr 2026
818
16:47 / 10 Noyabr 2026
118
16:41 / 10 Noyabr 2026
112
16:35 / 10 Noyabr 2026
204
16:21 / 10 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.