1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3885
15.06.2026, 19:43
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarına edilən dəyişikliklərə əsasən, iyunun 16-dan etibarən mövcud "Bonus-Malus" sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan "Sığorta Tarixçəsi Əmsalı" tətbiq olunacaq.
Oxu24.com bildirir ki ,bununla bağlı İcbari Sığorta Bürosundan məlumat verilib.
Bildirilib ki, yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək. Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.
Yeni modeldə "Bonus-Malus" sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5 faiz endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30 faiz əlavə tətbiq ediləcək.
Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı 1-dən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.
Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və ya əlavələr tətbiq olunacaq.
Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir. Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.
Yəni ki:
- Əgər 9 ay (275 gün) ərzində heç bir qəzanız yoxdursa, sığorta qiymətiniz 5% ucuzlaşacaq.
- Törətdiyiniz hər bir qəzaya görə növbəti sığortanız 30% bahalaşacaq.
- Fiziki şəxslər üçün: Avtomobil sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olanın əmsalı tətbiq ediləcək. Yəni, əgər bir şəxsin yaxşı sığorta tarixçəsi varsa, o, daha aşağı sığorta haqqı ödəyəcək.
- Hüquqi şəxslər üçün: Əgər avtomobil sahibi şirkət (hüquqi şəxs)dirsə, onda sığorta tarixçəsi əmsalı həmişə 1 olacaq və burada heç bir güzəşt və ya əlavə tətbiq edilməyəcək.
- Taksi istifadə edən avtomobillər üçün: Taksi kimi işləyən avtomobillərin sığorta haqqı daha yüksək olacaq. Sığorta hadisəsi baş verdikdə, bu, şirkətin sığorta tarixçəsinə də təsir edəcək.
Bu Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.