Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1334
26.01.2026, 14:09
Terapevt: "Melatonini alimlər indi kəşf edir, amma nənə-babalarımız 100 illər əvvəl bunu bilirdilər”
"Yuxu hormonu" olan melatonin insanlarda yaşla əlaqəli xəstəliklərin müalicəsində istifadə edilə bilər.
Bu fakt Novosibirskdə alimlər tərəfindən aparılan təcrübə ilə təsdiqlənib.
Sitologiya və Genetika İnstitutunun alimləri təcrübə zamanı qocalma meylli siçovullara melatonin əsaslı preparat veriblər.
Bundan sonra heyvanlar daha yaxşı görməyə, məlumatı daha yaxşı xatırlamağa başladılar və təlim səviyyələri artdı.
Bu hormon "daxili saat"dan məsuldur. Yaşla bədəndə melatonin səviyyəsi azalır. Təcrübənin göstərdiyi kimi, süni şəkildə sintez edilmiş melatoninin inyeksiyası görmə itkisini əhəmiyyətli dərəcədə yavaşlatmaqla yanaşı, artıq retinopatiyanın aşkar əlamətləri olan siçanlarda görmə qabiliyyətini bərpa edir.
Tanınmış terapevt Lətifə Mikayılova Oxu24.com-a bildirdi ki, bizim nənə -babalarımız 100 illər əvvəl yuxunun faydasını çözüblər.
"Məsələn, yaşlı nəslin verdiyi bir məsləhəti diqqətinizə çatdırım: Nənələrimiz deyirdi ki, rahat və yaxşı yuxu, yumşaq qarın (yatmağa hazırlaşarkən yemək yeməmək) və tərləmə (fiziki iş) — uzun ömrün şərtləridir. Yorğunluğumuzun çıxması üçün də yatmaq məsləhət olunur. Naxoşlayanda da, hətta əsəbi, gərgin olanda da yatmaq bir çarə kimi tövsiyə edilib.O vaxt təbii ki, ulularımız heç melatoninin nə olduğunu bilməyiblər amma yuxarıda sadaladığım prosedurları təcrübələri nəticəsində öyrəniblər.
Amma tibb üzrə mütəxəsislər çox sonralar heç biri təhsili olmayan nənələrimizin bilgilərini təsdiqləyiblər. Bəli, təsdiq ediblər ki, yuxu həm yorğun əzələləri bərpa edir, immunitet sistemini gücləndirir, həm də zehni olaraq yaddaş və zehnimizin fəaliyyətini gücləndirir.
Həkimlər nənələrimizdən 100 illər sonra bildirib ki, yatmaq stressi azaldır və emosional balansı qoruyur. Kifayət qədər yuxu almayan adam yuxusuzluq narahatlıq və depressiya yaşayır.
Bayaq söylədim ki, naxoşlayanda da nənələr yatmağı məsləhət görüblər. Niyə? Çünki alimlər araşdırıb görüblər ki, yuxu ürək sağlamlığı, maddələr mübadiləsinin tənzimlənməsi, çəkiyə nəzarət və hormon balansı fiziki sağlamlıq baxımından əsl loğmandır. Vaxtından əvvəl qocalmaq , xəstə düşmək istəməyən hər kəs normal yuxusuna, bədəni tələb edən yatmaq limitinə riayət etməlidir ”- deyə Lətifə Mikayılova vurğulayıb.
Əntiqə Rəşid
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.