Qaynar xətt:

(+99450) 247 90 86

Toyuq yumurtası xərçənglə mübarizə aparacaq

2018-05/1525540478_yumurta.jpg

TİBB

1538

05.05.2018, 21:13

\"\" Genetik modifikasiya olunmuş toyuq yumurtası xərçənglə mübarizə aparacaq.
Yaponiyanın \"Cosmo Bio Co” şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun (AIST) tədqiqatçıları ilə birgə insan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdiriblər. Oxu24.com xəbər verir ki, AIST-nin tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində aparılan eksperimentləri müvəffəqiyyətlə başa çatdırıblar. GM-sperması ilə mayalanan yumurtahüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur. Qeyd edək ki, insanın immun sistemi üçün çox vacib olan beta-interferon, xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır. Yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər.