Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
425
05.10.2026, 22:02
Bəzi insanların ətrafındakıların uğuruna səmimi şəkildə sevinməsi və başqasının nailiyyətini özünə təhlükə kimi görməməsi onların həyatında müsbət hadisələrin artmasına səbəb ola bilər. Astroloqlar belə xüsusiyyətlərin dörd bürc nümayəndəsində daha çox müşahidə olunduğunu düşünür.
Oxu24.com xəbər verir ki, "YourTango"nun yazdığına görə, bu insanlar başqalarını qısqanmaq və özlərini onlarla müqayisə etmək əvəzinə, yaxınlarının uğurlarını dəstəkləyirlər. Astroloqlar hesab edir ki, məhz bu yanaşma onların öz həyatlarında da əlverişli imkanların yaranmasına şərait yaradır.
Əkizlər
Əkizlərin başqalarının uğuruna səmimi şəkildə sevinə bildiyi bildirilir. Onlar özlərini qarşı tərəfin yerinə qoyaraq onun məqsədə çatmaq üçün hansı çətinliklərdən keçdiyini anlamağa çalışırlar.
Bu səbəbdən yaxınlarının uğuru Əkizlərdə qısqanclıqdan çox sevinc və dəstək hissi yarada bilər. Onların insanlarla asan ünsiyyət qurması və ətraflarında müsbət atmosfer yaratması qarşılıqlı dəstəyin formalaşmasına kömək edir.
Oxatan
Oxatanlar təbii optimizmləri və imkanların hər kəs üçün kifayət qədər olduğuna inanmaları ilə seçilirlər.
Astroloji yanaşmaya görə, Yupiterin təsiri ilə əlaqələndirilən bu bürc nümayəndələri başqasının uğurunu öz məğlubiyyəti kimi qəbul etmirlər. Əksinə, başqalarının nailiyyətlərini özləri üçün ilham mənbəyi hesab edə bilərlər.
Onlar dostlarının uğurlarını böyük həvəslə qeyd edir və insanların arzularının arxasınca getməsini dəstəkləyirlər. Bu müsbət münasibətin yeni imkanlar və uğurlu təsadüflər şəklində geri qayıtdığı düşünülür.
Balıqlar
Balıqlar insanların potensialını görmək və onları dəstəkləmək bacarığı ilə fərqlənir. Onlar başqasının böyük arzusunu yalnız əlçatmaz göründüyü üçün lağa qoymaq əvəzinə, həmin insana inandıqlarını söyləyə bilərlər.
Başqalarının uğuru Balıqlar üçün də motivasiya mənbəyinə çevrilə bilər. Kiminsə çətinlikləri dəf edərək məqsədinə çatması onlarda "deməli, bu mümkündür" düşüncəsi yaradır.
Bu səbəbdən Balıqlar başqasının uğurunu öz uğursuzluğu kimi qəbul etmir və yaxınlarının nailiyyətlərinə səmimi şəkildə sevinirlər.
Qız
Qız bürcünün nümayəndələri yaxınlarına sözlərlə deyil, daha çox konkret hərəkətlərlə dəstək göstərirlər. Kimsə onların köməyinə ehtiyac duyduqda, məqsədinə çatması üçün praktik yardım göstərməyə çalışırlar.
Astroloqlar hesab edir ki, Qızların bu davranışı zamanla qarşılıqlı münasibətlər yaradır. Onların əvvəllər dəstək verdiyi insanlar ehtiyac yarandıqda özləri də Qızlara kömək etməyə hazır olurlar.
Beləliklə, Qızların uğuru bəzən təsadüf kimi görünsə də, bunun arxasında illər ərzində qurduqları münasibətlər və qazandıqları etibar dayana bilər.
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.