Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI
17 Noyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
799
04.07.2025, 18:36
Beyin cərrahı Pərvin Mirzəliyev 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələblərinin pozulmadığını deyib.
Oxu24.com-un məlumatına görə, cərrah sosial şəbəkədə "beynəlxalq tibbi protokollara əsasən ağır əməliyyat 12 saatdan artıq olmamalıdır" iradlarına münasibət bildirərkən qeyd edib ki, həmin əməliyyatda ölüm riski çox yüksək olub.
Onun sözlərinə görə, əməliyyata alınan 51 yaşlı sağ tərəfdə qanamış damar yumağı ilə “əməliyyat olunmazlar” siyahısına daxil olan pasiyent idi:
"Lakin ağır qanama səbəbindən vəziyyəti anidən pisləşdiyinə görə məcbur əməliyyat etməli olduq. Pasiyentin bütün ailə üzvləri həm rəsmi, həm də qeyri-rəsmi şəkildə bu barədə detallı məlumatlandırılıb".
P.Mirzəliyev əməliyyatı üç cərrahla birgə reallaşdırdığını qeyd edib:
"Əməliyyatın aparıcı cərrahı mən olsam da, prosesdə tək deyildim. Əməliyyatda 4 cərrah idik və proses 32 saatdan çox çəkib. Hər dörd-beş saatdan bir cərrahlar növbəli şəkildə yer dəyişib. Yəni, həmin əməliyyatı fasiləsiz mən etməmişəm".
O, həmçinin əməliyyatın uzun çəkməsinin səbəbini də açıqlayıb:
"Əməliyyat zamanı qanaxma olub və pasiyentə 10-dan artıq qan köçürülüb. Hətta əməliyyat sırasında anestezioloqlar pasiyentin təzyiqinin normallaşması üçün fasilə edilməsini deyib. Bu kimi əməliyyatlar elə bil prosesdir ki, qanama riski çox yüksəkdir və heç bir halda əməliyyatı yarımçıq qoymaq mümkün deyil. Ona görə burada saatın heç bir önəmi yoxdur. Əsas nəticədir".
00:38 / 18 Noyabr 2026
1
23:54 / 17 Noyabr 2026
79
23:36 / 17 Noyabr 2026
88
23:10 / 17 Noyabr 2026
91
23:03 / 17 Noyabr 2026
185
22:45 / 17 Noyabr 2026
101
22:22 / 17 Noyabr 2026
98
22:08 / 17 Noyabr 2026
229
21:51 / 17 Noyabr 2026
109
21:38 / 17 Noyabr 2026
113
21:20 / 17 Noyabr 2026
112
21:11 / 17 Noyabr 2026
115
20:45 / 17 Noyabr 2026
118
20:39 / 17 Noyabr 2026
136
20:23 / 17 Noyabr 2026
121
20:12 / 17 Noyabr 2026
139
19:59 / 17 Noyabr 2026
135
19:51 / 17 Noyabr 2026
137
19:40 / 17 Noyabr 2026
242
19:39 / 17 Noyabr 2026
131
19:28 / 17 Noyabr 2026
1014
19:21 / 17 Noyabr 2026
131
19:14 / 17 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.