Qaynar xətt:

(+99450) 247 90 86

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

DÜNYA

50

17.11.2026, 20:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq 1000-dən çox qısa mənzilli hava hücumundan müdafiə raketi göndərəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

London həmçinin 10-dan çox hava hücumundan müdafiə radar stansiyası və raket ələ keçiriciləri üçün buraxılış qurğuları göndərəcək.

Yardım paketinin ümumi dəyəri 250 milyon funt sterlinq (330 milyon dollar) qiymətləndirilir. Təchizatın dekabrın ortalarından başlanacağı bildirilib.

Qeyd edək ki, Böyük Britaniya bundan əvvəl qış mövsümü ərəfəsində Ukraynaya 400 zenit raketi təhvil verib. Bundan başqa, Böyük Britaniya, Ukrayna və İsveç Kiyevə İsveç istehsalı “Gripen” qırıcılarının verilməsi mexanizmini nəzərdə tutan niyyət məktubu imzalayıb. Bildirilib ki, bu təyyarələrin komponentlərinin 30 faizindən çoxu, o cümlədən radar sistemləri və şassilər Britaniya şirkətləri tərəfindən istehsal olunur.