Onkoloq XƏBƏRDARLIQ EDİR: Xərçəng xəstəliyinə tutulduğumuzu necə bilməliyik?
13 Dekabr 2025, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
580
01.07.2025, 09:27
Yeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiziki fəaliyyətləri necə müəyyənləşdirdiyini üzə çıxarıb və bu sahədə süni intellektin hələ də insan qabiliyyətinə çatmadığını göstərib. Amsterdam Universitetinin hesablama üzrə nevroloqu İris Qroen və onun rəhbərlik etdiyi qrup beynimizin ətraf mühitdəki mümkün hərəkətləri şüuraltı səviyyədə necə qiymətləndirdiyini araşdırıb. Tədqiqatçı Klemens Bartnikin də qatıldığı bu iş insanın müxtəlif vizual səhnələrə baxaraq həmin mühitdə hərəkət imkanlarını necə dərhal qavradığını ortaya qoyub.
Oxu24.com "Science Daily" portalına istinadla xəbər verir ki, tədqiqat zamanı iştirakçılar maqnit-rezonans tomoqrafiya (MRT) cihazına yerləşdirilərək müxtəlif açıq və qapalı məkanların fotolarına baxıblar. Paralel şəkildə onların beyin fəaliyyətləri qeydə alınıb.
Qroen bildirir ki, məqsəd yalnız görüntüdəki obyektlərin və rənglərin deyil, eyni zamanda mühitlə fiziki qarşılıqlı təsirin, yəni hərəkət imkanlarının (üzmək, velosiped sürmək, dağ cığırında gəzmək) beyində necə təmsil olunduğunu aşkara çıxarmaq olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vizual korteksin bəzi hissələri yalnız görünən obyektlərə deyil, həm də mühitdə edilə biləcək hərəkətlərə reaksiya verir. Maraqlısı budur ki, bu aktivlik iştirakçılara konkret təlimat verməsə də avtomatik şəkildə baş verir.
Tədqiqatçılar "ChatGPT" və digər süni intellekt modellərinin bu cür fəaliyyət imkanlarını da müqayisə ediblər. Nəticələr göstərib ki, AI modelləri bu sahədə insan beyninə yaxınlaşa bilmir. Xüsusi şəkildə hərəkəttanıma üçün təlim görsələr belə süni intellekt insan beyninin təbii reaksiyalarına uyğun gəlmir.
Həmçinin oxuyun
Qroen qeyd edir: "Hətta ən qabaqcıl AI sistemləri belə, insan üçün intuitiv və sadə olan bir mühiti düzgün qiymətləndirməkdə çətinlik çəkir. Bu da sübut edir ki, insan qavrayışı dünyanı bədənimizdəki fiziki qarşılıqlı əlaqə yolu ilə başa düşür. Süni intellekt isə bu bacarığa malik deyil, çünki onun təməli yalnız kompüter hesablamalarına əsaslanır".
Tədqiqat insan beyni haqqında bu biliklərin süni intellekt sistemlərinə inteqrasiya olunmasının mümkün faydalarına da işarə edir. Qroen bildirir ki, xüsusilə səhiyyə və robot texnikası kimi sahələrdə, AI-nin yalnız vizual məlumatı deyil, həm də fiziki mühitdə mümkün hərəkətləri anlama bacarığı kritik əhəmiyyət daşıyır.AZƏRTAC
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.