Qaynar xətt:

(+99450) 247 90 86

Diqqət! Bunu edənlərin beyni kiçilir 

TİBB

288

09.06.2025, 10:20

Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 50 və daha yuxarı yaşda olan şəxslərin oturma vaxtı ilə beyin sağlamlığı arasındakı əlaqə araşdırılıb.

Oxu24.com  xəbər  verir   ki, tədqiqat, oturaq həyat tərzinin demans növləri, xüsusən də Alzheimer ilə əlaqəli ola biləcəyini ortaya çıxarıb. Mütəxəssislər tək idmanın kifayət etmədiyini, oturmağa sərf olunan vaxtın da azaldılması lazım olduğunu bildiriblər.

Tədqiqatda yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində taxılan sensorlarla izlənilib. İştirakçıların 87 faizi həftəlik tövsiyə olunan ən azı 150 dəqiqə məşq müddətinə əməl edib. Bununla belə, gün ərzində daha uzun müddət oturanlarda beyin həcmində kiçilmə və koqnitiv geriləmə əlamətlərinin olduğu müəyyən edilib.

Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu bölgənin Alzheimer xəstəliyindən təsirlənən ilk beyin bölgələrindən biri olduğu bilinir.

Nevroloq Dr. Marissa Gogniat, "Alzheimer riskini azaltmaq təkcə idmanla bağlı deyil. Gündəlik oturma vaxtını azaltmaq da çox vacibdir",-deyə qeyd edib.

Araşdırmaya görə, oturma vaxtı ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, hərəkətsizliyin artması ilə beyində yaşlanma prosesinin daha sürətli irəlilədiyi müşahidə edilib.

Alzheimer xəstəliyinə genetik meylli olan fərdlərdə bu əlaqənin daha da güclü olduğu müəyyən edilmişdir.

Tədqiqat beynəlxalq nüfuzlu Alzheimer's & Dementia jurnalında dərc edilib.

Miri