Qaynar xətt:

(+99450) 247 90 86

Müğənni Mətanət falçı ilə görüntülərindən danışdı - VİDEO

2019-08/1566205758_1566195035_metanet-esedova.jpg

ŞOU-BİZNES

1274

19.08.2019, 13:09

  Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi tanınan Molla Məmmədsəfanın yanında olub.
Baku.ws-in əldə etdiyi görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədova isə onun ayaq hissəsində bardaş quraraq oturub.
Sosial şəbəkələrdə səs-küyə və müzakirələrə yol açan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Əsədova ilə əlaqə yaradıb. Müğənni yayılan görüntülərə bu cür şərh verib: "Bu mənim şəxsi həyatım və şəxsi işlərimdir. Heç kimə dəxli yoxdur. Özüm bilərəm. Bu barədə bir də danışmaq istəmirəm".