Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
17 Aprel 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
18541
17.01.2026, 21:02
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifədən azad olunandan sonra İcra Hakimiyyətində ilk böyük toplantı keçirilib.
Oxu24.com “Yeni Sabah”a istinadən xəbər verir ki, qurumda rayonun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı olub.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, icra başçısının müavini Zahid Xəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, deputatlar Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, RİH başçısının 1-ci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, bələdiyyə və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan rayon icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Bakının mərkəzi rayonlarından olan Nəsimi rayonunda da ötən il mühüm uğurlar və nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunub və vətəndaşların rifahı təmin edilib. Ayrı-ayrı sahələrdə quruculuq işləri davam etdirilib, yeni-yeni yaşayış binaları, sosial-mədəni obyektlər inşa edilib, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra məhəllələr əsaslı təmir edilərək istifadəyə verilib, yeni yaşıllıq zolaqları salınıb, ekoloji tarazlığın qorunması istiqamətində müvafiq addımlar atılıb.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayaraq, Nəsimi rayonunda qarşıda duran vəzifələri qeyd etdi və 2026-cı ildə Nəsimi rayon ictimaiyyətinə uğurlar arzulayıb.
Həmçinin oxuyun
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstədiyi diqqət və qayğıya görə ölkə rəhbərinəminnətdarlıq, Nəsimi rayon ictimaiyyətinin quruculuq əzmi ifadə olundu.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 12-də imzaladığı sərəncamla Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, dekabrın 29-də isə vəzifəsindən azad olunub.
Qeyri-rəsmi məlumatlara görə, E.İbrahimov rayon ərazisində fəaliyyət göstərən sahibkarlardan külli miqdarda rüşvət tələb edib.
14:25 / 17 Aprel 2026
28
14:15 / 17 Aprel 2026
29
13:55 / 17 Aprel 2026
33
13:26 / 17 Aprel 2026
52
13:05 / 17 Aprel 2026
62
13:01 / 17 Aprel 2026
403
13:00 / 17 Aprel 2026
55
12:50 / 17 Aprel 2026
72
12:35 / 17 Aprel 2026
58
12:25 / 17 Aprel 2026
71
12:18 / 17 Aprel 2026
203
12:12 / 17 Aprel 2026
65
12:00 / 17 Aprel 2026
86
11:56 / 17 Aprel 2026
60
11:49 / 17 Aprel 2026
64
11:45 / 17 Aprel 2026
75
11:43 / 17 Aprel 2026
60
11:40 / 17 Aprel 2026
1088
11:38 / 17 Aprel 2026
61
11:31 / 17 Aprel 2026
66
11:23 / 17 Aprel 2026
235
11:16 / 17 Aprel 2026
66
11:08 / 17 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.