Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1159
18.01.2026, 10:27
Azərbaycan Efiopiyadan qərənfil idxal etməyə başlayıb. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə xaricdən ümumilikdə 188 min ABŞ dolları dəyərində 2 milyon 720 min ədəd qərənfil gətirilib.
Gömrük sənədlərinə əsasən, bu miqdarda qərənfil üçün 319 min 600 manat ödənilib. Bu isə o deməkdir ki, bir qərənfilin idxal qiyməti təqribən 12 qəpik təşkil edir.
İqtisadçı Natiq Cəfərli bildirir ki, ölkəyə bu qiymətə gətirilən qərənfillər daxili bazarda 5-6 dəfə baha satılır. Onun sözlərinə görə, SSRİ dövründə 270 milyonluq sovet məkanını Azərbaycan demək olar ki, təkbaşına qərənfillə təmin edirdi. Bu gün isə vəziyyət tam dəyişib və ölkə hətta Efiopiyadan gül almağa məcbur qalıb.
Natiq Cəfərli problemin əsas səbəbinin daxili istehsalın sərfəli olmaması olduğunu vurğulayır. Onun fikrincə, hökumət tərəfindən yaradılan mövcud iqtisadi şərait istehsalla, əkin-biçinlə məşğul olmağı gəlirli etmir. Nəticədə yerli istehsal tənəzzülə uğrayır və bazar idxaldan asılı vəziyyətə düşür.
Xatırladaq ki, bir zamanlar Abşeron yarımadasında qərənfilçilik yüksək gəlir gətirən sahələrdən biri hesab olunurdu. Qərənfil az qala neftdən sonra ikinci əsas sərvət kimi tanınırdı. Qara torpaqdan milyonlarla manat gəlir əldə edilirdi. Həmin dövrdə indiki kimi qapalı istixanalar mövcud olmasa da, əsasən açıq tipli gül parnikləri fəaliyyət göstərirdi və bu sahə dayanıqlı gəlir mənbəyi idi. Lakin sonrakı illərdə qərənfilçilik tədricən tənəzzülə uğradı və nəticədə bu sahə demək olar ki, tamamilə sıradan çıxdı.
Maraqlıdır, nə baş verdi ki, bir vaxtlar böyük gəlir gətirən bu sahə yox oldu? Keçmişdə formalaşmış kənd təsərrüfatı ənənələri niyə qorunub saxlanılmadı və bu günə qədər bərpa edilmədi?
Globalinfo.az Zirədə yerləşən qərənfil istixanasının sahibi Cəlal Məmmədovla əlaqə saxlayıb.
O bildirib ki, uzun illərdir vəziyyət stabil olaraq qalır:
“Bu gün istiliklə ayaqlaşmaq çətindir. Bu, yalnız qərənfil yox, bir çox istixanalarda müşahidə olunur. Digər günlərə nisbətən ən çox qərənfil 20 Yanvar şəhidləri üçün alınır. Başqa günlərdə yerli məhsulumuzla bazarlarımızı təmin edə bilirik. Amma xüsusi günlərdə ehtiyac daha çox olduğu üçün başqa ölkələrə müraciət olunur”.
Cəlal Məmmədov deyib ki, çox qərənfil yetişdirmək çətindir:
“Bunlar hamısı xərc tələb edir. Vəsait yatırıb əkirik, amma qazanc əldə edə bilmirik. Gəlir əldə etmək üçün gərək biz də başqa ölkəyə qərənfil sataq. Bizim isə belə imkanımız yoxdur. 10-15 ildir ki, satış və istehsal stabil qalır. Yəni nə irəliləyiş var, nə geriləmə. Su öz axarı ilə gedir. Eyni sayda əkirik, eyni qaydada satırıq”.
00:26 / 12 May 2026
235
00:06 / 12 May 2026
325
23:58 / 11 May 2026
188
23:54 / 11 May 2026
553
23:45 / 11 May 2026
824
23:43 / 11 May 2026
97
23:40 / 11 May 2026
94
23:32 / 11 May 2026
109
23:24 / 11 May 2026
102
23:17 / 11 May 2026
898
23:15 / 11 May 2026
305
23:14 / 11 May 2026
4915
23:11 / 11 May 2026
293
23:10 / 11 May 2026
118
23:06 / 11 May 2026
317
22:59 / 11 May 2026
385
22:59 / 11 May 2026
97
22:44 / 11 May 2026
624
22:43 / 11 May 2026
13111
22:34 / 11 May 2026
382
22:29 / 11 May 2026
320
22:23 / 11 May 2026
695
22:17 / 11 May 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.