Qaynar xətt:

(+99450) 247 90 86

Bakıya ən çox axın edən 10 rayon hansılardır?  - SIYAHI

news/2025_12_04/bakusa_1764844559.jpg

CƏMİYYƏT

332

18.01.2026, 00:15

Bakıya ən çox axın edən 10 rayon hansılardır?

Bu maddələrə əsaslanaraq əhalisi azalan, yəni Bakıya köç edən 10 rayonu təqdim edirik: 

10-cu yerdə Qusar rayonu gəlir. 

Qusar Azərbaycanın şimalında yerləşir. Rusiyaya ən çox miqrant göndərən şimal rayonlarından da biridir. Coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Əhalinin ümumi sayı 110 min nəfərə yaxındır. 92 kəndi var. Rayonda rus dilində danışanların çox olması onlara qonşu ölkədə iş tapmaqda kömək olur.  Şimalın sərt iqlimi, mövsümi iş fürsətlərinin məhdudluğu səbəbilə xüsusilə gənclər Bakıya üz tutur. Bakıdan 180 kilometr aralıda yerləşir.   Gələnlər əsasən tikinti, restoran, otel və iaşə sahəsinə yönəlir. Qusarda turizm olsa belə, iş mövsimi qısadır. Bu səbəbdən ailəsini ilboyu dolandırmaq istəyənlər paytaxta köç edir.

9-cu yer Qax rayonu -

Qax Azərbaycanın turizm baxımdan ən çox çox inkişaf edən rayonlarında biridir. Eyni zamanda ən aşağı əmək haqqı olan rayonumuzdur. Savadlı insnalar yetişdirmələri ilə də seçilirlər. Turizm mövsümi olduğundan insanlar iş üçün Bakıya üz tuturlar.  ax kənd təsərrüfatı potensialı güclü rayondur, amma gəlir səviyyəsi çox vaxt kifayət etmir. ənclər əsasən logistika, sürücülük, restoran sektorunda çalışır. Həm də bir-birilərinə bağlılıqları ilə seçilirlər, yəni bir nəfər gedirsə, ardınca qohumlarını, yaxınlarını da aparır.  Qaxlılar adətən əməkdisiplininə görə yaxşı reputasiya qazanıb.

8-ci yerdə Lənkəran rayonu gəlir - 

Lənkəran Azərbaycan daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir, əhalisi 220 min nəfərdən çoxdur. Rayonun 2 şəhər, 8 qəsəbə və 83 kəndi var. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 kilometrdir. İş yerlərin sayı baxımdan Lənkəranda vəziyyət ürəyaçan deyil. Ona görə də daha xarici ölkələrə, xüsusən Rusiyaya üz tuturlar. Lənkəranlılar əsasən xidmət və restoran sektorunda çalışır. Sitrus bağları, çay plantasiyaları Lənkəranda əsas gəlir mənbəyidir. Turizm də inkişaf edib, amma sabit maaş hər kəsə çatmır. Son illər gənclər Bakıda daha çox servis, təhlükəsizlik, ticarət sahəsində çalışırlar.

7-ci yerdə Quba rayonu gəlir-

Quba rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 2,58 min kv.km, 01 oktyabr 2012-ci il tarixə əhalisi 158,800 min nəfərdir. 2009-cu ildə keçirilmiş siyahıyaalınmaya əsasən əhalinin 79,2%-ni azərbaycanlılar, 9,1%-ni tatlar, 5,9%-ni ləzgilər, 1,8%-ni yəhudilər, 1,4%-ni xınalıqlılar, 1,4%-ni türklər, 0,5%-ni qrızlılar və 0,7%-ni digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 1 şəhər, 7 qəsəbə və 149 kənd olmaqla, əhalinin çoxu kəndlərdə yaşayır. İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı qəsəbə, Qonaqkənd qəsəbəsi, I Nügədi və II Nügədi kəndləridir.

6-cı yerdə Xaçmaz rayonu gəlir - 

Xaçmaz rayonu Azərbaycanın şimal–şərq hissəsində yerləşir. Əhalisi 175 min 500 nəfər təşkil edir. Rusiya ilə sərhədi 14 kilometr təşkil edir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı–Moskva dəmir yolu keçir. Avtomobil nömrəsi 27-dir. 66 kəndi var. Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.  Xaçmaz həm kənd təsərrüfatı, həm də turizm mərkəzidir, amma iş mövsümi xarakter daşıyır. Xüsusilə gənclər üçün ilboyu sabit maaşlı iş tapmaq çətindir — nəticədə paytaxt istiqamətinə axın güclənir.

5-ci yer Şəki rayonu - 

Şəki Azərbaycanın ən tarixi, eyni zamanda ən sakit bölgələrindən biridir. Əhalisi 200 min nəfərə yaxındır. Dağ ətəyində yerləşən şəhər təmiz havası, bol suyu və təbii məhsulları ilə fərqlənir. Qış burada bir az sərt keçir. Şəkinin əsas üstünlüyü sakitlik, turizm imkanları və təbii qidalarla zəngin həyat tərzidir. Ancaq istər əməkhaqqının aşağı olması, istərsə də iş yerlərinin azlığına görə insanlar daha çox Bakıya üz tuturlar. Gənclər paytaxtda kafelərdə, otellərdə, əyləncə və xidmət sahəsində işləyir. Xüsusilə Şəkili gənclərin nizam-intizamlı iş üslubu işəgötürənlər tərəfindən sevilir.

3-cü yer Cəlilabad rayonu - 

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Sahəsi 1 440 kilometrdir. Əhalisi 230 min nəfərdən yuxarıdır. Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. İş üçün daha çox Rusiyaya və Bakıya üz tuturlar. Rusiyada “Cəlilabadlı ustalar” çox sevilir. Gəlirlər daha çox torpaq, mal-qara və ev tikintisinə yatırılır. Cəlilabad uzun illərdir Bakı əmək bazarının qida ambarı və işçi mərkəzi sayılır. Xüsusilə tikinti — Cəlilabadlıların dominant sahəsidir. İş tapmaq çətin olmadığından çoxları həm özləri gəlir, həm də qohumlarını çağırır.

2-ci yerdə Biləsuvar rayonu gəlir - 

Biləsuvar kənd təsərrüfatı rayonu olsa da, gəlir tələbatı qarşılamaq üçün kifayət etmir. Bakıya axın güclüdür — xüsusilə tikinti, logistika, mühafizə, iaşə işlərində işləyirlər. Əhalisi 110 min nəfərə yaxındır. 1 şəhər və 25 kənddən ibarətdir. Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı təşkil edir. İş yerləri azdır. Rayon sakinləri iş üçün xüsusən Bakıya, Rusiyaya üz tuturlar. Qazanclarını bu şəkildə təmin edirlər. 

Və 1-ci yer - Bakıya ən çox köç edən rayon - İmişli rayonu - 

Siyahının lideri illərdir dəyişmir. İmişli rayonudur. İqtisadi imkanların məhdudluğu, kənd təsərrüfatına bağlı həyat tərzi çoxlarını paytaxta yönəldir. Bakı tikinti sektorunda, bazarlarda, yükdaşıma, depo və anbarlarda imişlilərin rolu böyükdür. Bu rayondan demək olar ki, hər ailədən bir nəfər Bakıda işləyir.Əhalisi 160 min nəfərdən çoxdur. İş yerləri azdır, ən kasıb rayonlardan biri sayılır.