Lökbatanda güclü yanğın - Anbar yanır
12 May 2026, 08:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
22305
17.01.2026, 20:46
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?
Oxu24.com xəbər verir ki, bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.
O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:
"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir.
Bu baxımdan “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".
Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:
"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.
Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.
Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".
10:00 / 12 May 2026
33
09:45 / 12 May 2026
32
09:44 / 12 May 2026
25
09:35 / 12 May 2026
50
09:09 / 12 May 2026
61
08:55 / 12 May 2026
225
00:26 / 12 May 2026
1514
00:06 / 12 May 2026
392
23:58 / 11 May 2026
209
23:54 / 11 May 2026
708
23:45 / 11 May 2026
1535
23:43 / 11 May 2026
112
23:40 / 11 May 2026
109
23:32 / 11 May 2026
131
23:24 / 11 May 2026
117
23:17 / 11 May 2026
979
23:15 / 11 May 2026
381
23:14 / 11 May 2026
5191
23:11 / 11 May 2026
339
23:10 / 11 May 2026
135
23:06 / 11 May 2026
363
22:59 / 11 May 2026
451
22:59 / 11 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.