Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
614
02.06.2026, 11:06
Müğənni Aybəniz Haşımova bacısı Şahnaz Haşımovanı doğum günü münasibəti ilə təbrik edib.
Oxu24.com xəbər verir ki,bu barədə müğənni sosial şəbəkə hesablarında paylaşım edib.
O,bacısı ilə paylaşdığı fotoya bu sözləri yazıb:
"Nəğmə dİli ilə,danışan səs"
“Rəssam səslər doğulur bəzən dünyaya…
Bəli, dünyaya çox səslər gəlir. Amma nəğmə dili ilə danışan səslər çox az doğulur. O səslər ki, insanın ruhuna toxunur, taleyinə çevrilir, ömrü boyu ürəyində yaşayır… Və xoş o insanların halına ki, o səslərlə qarşılaşırlar. Mənim kimi…
Mən dünyaya gələndə, hələ gözümü həyata açmamışdan öncə tale məni bir səsin qucağına verdi. Evdə dünyaya gəldiyim üçün məni ilk dəfə anamın deyil, nəğmə dili ilə danışan bir bülbül səsinin nəfəsi qarşıladı. O səsin adı ŞahNaz idi… O, mənim musiqi ilə ilk tanışlığım, Azərbaycan muğamını ilk duyduğum nəfəs, ana dilimin musiqi ahəngi idi. Mən Azərbaycan musiqisini onun səsi ilə sevdim. Muğamın nə olduğunu onun avazında anladım. Hətta sözlərin özünü belə onun oxuduğu nəğmələrin içində öyrəndim.Buna baxmayaraq ki,sonralar ifacı olmagımın qəti əlehinə idi...
Bir gün fortepianoda ifamı görəndə cox bəyənib, əlimdən tutub məni Gəncədə İnşaatçılar adına Mədəniyyət Sarayına apardı və fortepiano sinfinə yazdırdı.
Sonra o səs məni ömrüm boyu müşayiət etdi…
Heç vaxt unutmaram…
Gəncədə, Ulu Öndər Heydər Əliyevin qarşısında Fikrət müəllim Verdiyev mənə “Sarı bülbül” mahnısını oxumağı tapşıranda,mahnını, mahnının içində oxuduğum o Segah bəndini mənə ilk dəfə öyrədən Şahnaz xanım olmuşdu.
Şahnaz xanımın Səsi...
O səs mənim uşaqlığımdır.
O səs mənim ata ocağımın nəfəsidir.
O səs mənim anamın laylasıdır.
O səs mənim atamın nəfəsidir.
O səs mənim qanımı daşıyanların Səsidir.
Şahnaz xanımın SƏSİ,Azərbaycanın Gəncəmin Səsidir!
Dünyaya Gəlişin mübarək ay Anamın nəgməkar QIZI
Hörmətlə:Atan Həsənin qızı: Aybəniz
Qeyd edək ki,Şahnaz Haşımovanın 69 yaşı tamam olub.
Hazırladı: Nigar
01:50 / 11 Noyabr 2026
217
01:00 / 11 Noyabr 2026
164
00:31 / 11 Noyabr 2026
213
23:59 / 10 Noyabr 2026
198
23:57 / 10 Noyabr 2026
234
23:55 / 10 Noyabr 2026
622
23:53 / 10 Noyabr 2026
252
23:47 / 10 Noyabr 2026
1366
23:43 / 10 Noyabr 2026
225
23:39 / 10 Noyabr 2026
202
23:28 / 10 Noyabr 2026
402
23:27 / 10 Noyabr 2026
931
23:17 / 10 Noyabr 2026
1462
23:15 / 10 Noyabr 2026
199
23:00 / 10 Noyabr 2026
162
22:58 / 10 Noyabr 2026
197
22:55 / 10 Noyabr 2026
183
22:35 / 10 Noyabr 2026
161
22:30 / 10 Noyabr 2026
477
22:27 / 10 Noyabr 2026
140
22:19 / 10 Noyabr 2026
178
22:04 / 10 Noyabr 2026
255
21:55 / 10 Noyabr 2026
848
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.