Nadir Qafarzadə nəvəsini PAYLAŞDI
01 Yanvar 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
174
01.01.2026, 15:50
Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə guya bir deputatın sahibi olduğu “Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir.
Oxu24.com xəbər verir ki,bu barədə Musavat.com-a “Kristal” şirkətindən məlumat verilib.
“Bununla bağlı bildiririk ki, ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilmiş, nə də satılmışdır.
Qeyd edirik ki, adı çəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə etmişdir. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir.
Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir.
Həmçinin oxuyun
“Kristal” şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır.
Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, “Kristal Abşeron”un “Pişik Günel” kimi tanınan müğənniyə Xırdalanda ev hədiyyə etdiyi haqda məlumat yayılmışdı.
19:41 / 01 Yanvar 2026
4
19:40 / 01 Yanvar 2026
6
19:26 / 01 Yanvar 2026
20
19:24 / 01 Yanvar 2026
25
19:22 / 01 Yanvar 2026
25
19:18 / 01 Yanvar 2026
106
19:16 / 01 Yanvar 2026
37
19:01 / 01 Yanvar 2026
61
18:59 / 01 Yanvar 2026
62
18:54 / 01 Yanvar 2026
291
18:45 / 01 Yanvar 2026
46
18:40 / 01 Yanvar 2026
42
18:37 / 01 Yanvar 2026
39
18:30 / 01 Yanvar 2026
124
18:27 / 01 Yanvar 2026
76
18:22 / 01 Yanvar 2026
46
18:20 / 01 Yanvar 2026
48
18:16 / 01 Yanvar 2026
74
18:13 / 01 Yanvar 2026
231
17:25 / 01 Yanvar 2026
70
17:22 / 01 Yanvar 2026
64
17:04 / 01 Yanvar 2026
1861
16:52 / 01 Yanvar 2026
1831
16:48 / 01 Yanvar 2026
436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.