Ət bahalaşacaq - Qaçınılmaz səbəb açıqlandı
15 May 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
679
01.01.2026, 18:16
Bu gündən “Xüsusi icra məmurları haqqında” qanun qüvvəyə minir.
Oxu24.com xəbər verir ki, Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir.
Xüsusi icra məmuru məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs olacaq.
Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
Həmin məmurun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir.
Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılıb. Üzvlərdən ikisi məhkəmə hakimidir.Qafqazinfo
20:59 / 15 May 2026
1
20:55 / 15 May 2026
20
20:22 / 15 May 2026
51
20:06 / 15 May 2026
67
19:57 / 15 May 2026
162
19:47 / 15 May 2026
157
19:38 / 15 May 2026
71
19:17 / 15 May 2026
137
19:09 / 15 May 2026
105
19:01 / 15 May 2026
73
18:50 / 15 May 2026
84
18:40 / 15 May 2026
93
18:28 / 15 May 2026
105
18:07 / 15 May 2026
88
18:00 / 15 May 2026
100
17:47 / 15 May 2026
211
17:12 / 15 May 2026
79
17:00 / 15 May 2026
240
17:00 / 15 May 2026
89
16:56 / 15 May 2026
186
16:38 / 15 May 2026
81
16:35 / 15 May 2026
83
16:20 / 15 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.