Sürücülük vəsiqəsi ilə bağlı QAYDALARDA DƏYİŞİKLİK
15 May 2026, 21:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
990
01.01.2026, 14:55
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 1 və 2 saylı uşaq evlərində, eləcə də 1 saylı körpələr evində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.
Oxu24.com xəbər verir ki, bayram tədbirində İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara sevinc və bayram əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
21:31 / 15 May 2026
1
21:21 / 15 May 2026
31
21:10 / 15 May 2026
30
20:59 / 15 May 2026
37
20:55 / 15 May 2026
39
20:22 / 15 May 2026
65
20:06 / 15 May 2026
77
19:57 / 15 May 2026
180
19:47 / 15 May 2026
184
19:38 / 15 May 2026
79
19:17 / 15 May 2026
155
19:09 / 15 May 2026
111
19:01 / 15 May 2026
78
18:50 / 15 May 2026
88
18:40 / 15 May 2026
97
18:28 / 15 May 2026
113
18:07 / 15 May 2026
92
18:00 / 15 May 2026
103
17:47 / 15 May 2026
222
17:12 / 15 May 2026
80
17:00 / 15 May 2026
255
17:00 / 15 May 2026
91
16:56 / 15 May 2026
207
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.