Ceyhun Bayramov kollegiya iclası keçirdi
23 Yanvar 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1122
01.01.2026, 18:13
18 dekabr 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo başda olmaqla, "San-Remo" festivalının digər iştirakçıları Albano, Rikardo Folyi, Umberto Tossi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya, "Riki e poveri" konsert proqramı ilə çıxış etdilər. Son olaraq səhnəyə çıxan Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etdi. Ayaqüstə alqışlanan dünya şöhrətli müğənninin Azərbaycan dilində "Sarı gəlin” mahnısını ifa etməsi ermənilərdə "soyuq duş” effekti yaratmışdı.
Oxu24.com xəbər verir ki,əslində İtaliyanın və italyanların rəğbət hissinin bir tarixi var.
İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk 6 ölkədən biri İtaliya olub. (1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991))
Adriatikdən Xəzərə, Romadan Bakıya ilk addım
1 yanvar 1992-ci ildə İtaliya Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra iki ölkə arasında diplomatik əlaqələr quruldu. Qarşılıqlı münasibətlərin dərinləşməsinə, möhkəmlənməsinə isə 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda səfirliyi açıldıqdan sonra start verildi. Elə həmin günlərdə AR Milli Məclisində ilk rəhbər Şəfiqə Məmmədova olmaqla Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərməyə başladı. İtaliya Senatında da İtaliya-Azərbaycan dostluq qrupu yaradıldı. Məhz bundan sonra İtaliya – Azərbaycan dostluq münasibətlərini möhkəmləndirmək üçün digər addımlar atıldı.
Bir faktı da qeyd edək sonra keçək mövzumuzun davamına :
Deməli, əslində İtaliyanın Azərbaycana dost münasibətinin kökləri var. Bu isti- ilıq münasibəti ilk dəfə İtaliya öz dürüstlüyü ilə ortaya qoyub. İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxil idi. 1993-cü ildə ATƏT-in Minsk qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəlini” yadınıza salmağı özümə borc bilirik. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nin 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edildi. 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli” adlı sənədi azərbaycanlı olaraq alqışladıq. Bəli, İtaliya həmsədr ölkələrdən fərqli olaraq nisbətən ədalətli çözüm tərəfdarı olduğunu təsdiq etmişdi. Sonrakı illərdə siyasətçilər bu sənədi Azərbaycana xeyirli bir sənəd kimi xarakterizə etdilər.
Körpüsalanlar
Həmçinin oxuyun
1997-ci il sentyabr ayında Ümummilli Lider Heydər Əliyevin İtaliyaya rəsmi səfərə yola düşdü. 24-dən 27-nə qədər baş tutan 3 günlük görüş çərçivəsində yeddi saziş imzalandı. Siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə imzalanan bu vacib sənədlər hər iki ölkənin bir-birinə yaxınlığını dostluğunu möhkəmləndirməklə bərabər həm də bu münasibətlərin uzunmüddətli olmasına hüquqi baza oldu.
2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açılmasında bu səfərin böyük önəmini ortaya qoydu. Prezident Heydər Əliyevin vəfatından sonra İtaliya ilə münasibətlərin ən yüksək səviyyədə inkişafına töhvə olaraq Azərbaycan Prezidenti ilham Əliyevin bu ölkəyə rəsmi səfərləri baş tutdu:
1.2005-ci il 24–26 fevral səfərindən sonra, yəni, 2006-cı ildə Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis edildi. İqtisadçıların açıqlamalarına görə , bu ölkə davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır.
2. 2008-ci il 25–26 noyabr səfərindən sonra isə - 2009-cu ildən etibarən iki ölkə arasında xarici ticarət dövriyyəsinin dinamikası sürətlə yüksəldi.
3. 2011-ci il 2 iyun - İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə səfərlərinin nəticə sonrakı illərdə öz bəhrəsini verdi. Beləki, 2019-cu il üzrə Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşmüşdü.
Üstəlik 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda olması münasibətlərin yüksək tepmdə inkişafına stimul oldu.
Mütəxəssislərin mediaya açıqlamasında deyildiyi kimi:” 2020-ci ilin 31 dekabrında TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazının İtaliya bazarına daxil olması münasibətlərimizə təkan verməklə yanaşı, yeni bir impuls qazandırmış oldu. Bu fakt İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı oldu".
Qarabağ və İtaliya
Bəli, 2020-ci ildə İtaliyada "Azərbaycan ili” elan edilməsi İtaliya Prezidenti ilə Azərbaycan Prezidenti arasında eyni zamanda iki ölkə arasında dostluq, və danışıqların aparılması nəticəsində əldə edilən böyük uğur idi.
44 günlük Vətən müharibəsi zamanı da, İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Müharibə zamanı İtaliya Parlamentinin Deputatlar Palatası qarşısında Ermənistanın Azərbaycana təcavüzünü dayandırmaq çağırışı ilə aksiya keçirildi. Hətta münaqişə başa çatdıqdan sonra İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul etmişdi. O zaman da İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə xəritələrin verilməsilə bağlı çağırış etmişdi.
2020-ci ilin dekabrında İtaliya parlamentinin nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri də məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir.
Ölkə başçısı İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə də qeyd edir ki, Qarabağda Türkiyədən sonra ən çox işi İtaliya şirkətləri görür.
Bu o deməkdir ki, təməli 33 il əvvəl qoyulmuş İyaliya – Azərbaycan dostluğu, ölkələrmizin bir-birinə bəslənilən rəğbət və etimadı sayəsində hər gün möhkəmlənir.
Əntiqə Rəşid
01:29 / 24 Yanvar 2026
92
00:32 / 24 Yanvar 2026
121
00:27 / 24 Yanvar 2026
1326
00:25 / 24 Yanvar 2026
116
00:16 / 24 Yanvar 2026
103
23:53 / 23 Yanvar 2026
1028
23:42 / 23 Yanvar 2026
87
23:36 / 23 Yanvar 2026
72
23:15 / 23 Yanvar 2026
129
23:07 / 23 Yanvar 2026
1429
22:58 / 23 Yanvar 2026
116
22:43 / 23 Yanvar 2026
106
22:29 / 23 Yanvar 2026
1730
22:21 / 23 Yanvar 2026
229
22:16 / 23 Yanvar 2026
94
21:56 / 23 Yanvar 2026
345
21:53 / 23 Yanvar 2026
110
21:34 / 23 Yanvar 2026
92
21:21 / 23 Yanvar 2026
199
21:19 / 23 Yanvar 2026
105
21:00 / 23 Yanvar 2026
822
20:59 / 23 Yanvar 2026
140
20:54 / 23 Yanvar 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.