Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1494
01.01.2026, 18:30
Bu günlərdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitunun direktoru vəzifəsindən uzaqlaşdırılan keçmiş təhsil naziri Misir Mərdanovun xeyli vəzifəsinin olduğu üzə çıxıb.
Oxu24.com 15 il Azərbaycanın təhsil naziri, 12 il institut direktoru olmuş 80 yaşlı M.Mərdanovun hazırda tutduğu vəzifələrin siyahısını təqdim edir:
1. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri.
2. Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiri.
3. “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavini.
4. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvi.
5. AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi əsərlər” jurnalının baş redaktoru.
6. “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.
7. “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.
8. Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvü.
9. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədri.
10. Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədri.
Bundan başqa, M.Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Onun bu vəzifələrin hansında maaşla, hansında ictimai əsaslarla çalışdığı məlum deyil. Hətta bu durumda belə keçmiş nazirin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu təxmin etmək mümkündür.
Professor M.Mərdanov BDU-nun kafedra müdiri kimi 2000-2500 manat, AMEA-nın müxbir üzvü kimi 1200 manat rütbə maaşı alır.
Bundan başqa, o, 15 il təhsil naziri işləyib və hazırda çox yüksək məbləğdə pensiya alır. (Yeni Sabah)
20:59 / 15 May 2026
1
20:55 / 15 May 2026
20
20:22 / 15 May 2026
51
20:06 / 15 May 2026
67
19:57 / 15 May 2026
162
19:47 / 15 May 2026
157
19:38 / 15 May 2026
71
19:17 / 15 May 2026
137
19:09 / 15 May 2026
105
19:01 / 15 May 2026
73
18:50 / 15 May 2026
84
18:40 / 15 May 2026
93
18:28 / 15 May 2026
105
18:07 / 15 May 2026
88
18:00 / 15 May 2026
100
17:47 / 15 May 2026
211
17:12 / 15 May 2026
79
17:00 / 15 May 2026
240
17:00 / 15 May 2026
89
16:56 / 15 May 2026
186
16:38 / 15 May 2026
81
16:35 / 15 May 2026
83
16:20 / 15 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.