Kırımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı
26 May 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2138
03.10.2025, 14:21
Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.
Oxu24.com xəbər verir ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib.
Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı ona irad bildirən şəxsə "bir lafa baxaram,bir də lafı deyənə" cavabını verərək həmin şəxsin toydan uzaqlaşdırılmasını istəyib.Bu zaman qonaqlardan bir neçəsi həmin şəxsə yaxınlaşaraq mikrofonu onun əlindən alıb.Daha sonra həmin şəxs toy məclisindən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı Oxu24.com-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, həmin şəxs sərxoş vəziyyətdə olub.
"O,adam toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa zamanı niyə "Ay Maşallah", "Super", "Bravo" sözlərindən istifadə edirəm.Bütün müğənnilər toyu şən,daha da qızışdırmaq üçün bu sözlərdən istifadə edir. Həmin adam bu sözlərə görə mənə yaxınlaşdı.Gördüm ki,bu kişi ayaqqabılarını da tərs geyinib... Sağı sola,solu sağa geyinmişdi...Ayaq üstə də dayana bilmirdi. Umumi mənzərədən hiss etdim ki, nəsə vəziyyəti yaxşı deyil...Videodan gördüyünüz kimi cavabını verdim.Bundan sonra onu toydan atdılar bayıra...Yazıblar ki,guya mənim ifamı bəyənmədikləri üçün bu hadisə baş verib. Bu məsələ yalandır...Mən həmin toyda canlı ifa etmişəm. Çox da şən və gözəl məclis keçib.Elə həmin toyda mənə yeni bir məclis də təklif olundu.Vaxtım olmadığı üçün imtina etdim...",-deyə müğənni saytımıza açıqlamasında bildirib.
Qeyd edək ki,müğənni Afət Fərmanqızı Rusiyada toy təklifi alan müğənnilər arasında ön sıralarda dayanan ifaçılardandır.O,həyat yoldaşı ilə Rusiyada yaşayır.
Miri Məcidli
16:20 / 26 May 2026
6
16:05 / 26 May 2026
36
15:55 / 26 May 2026
52
15:51 / 26 May 2026
60
15:36 / 26 May 2026
69
15:31 / 26 May 2026
86
15:17 / 26 May 2026
489
15:15 / 26 May 2026
60
15:09 / 26 May 2026
151
15:06 / 26 May 2026
62
14:59 / 26 May 2026
67
14:52 / 26 May 2026
167
14:45 / 26 May 2026
62
14:39 / 26 May 2026
612
14:26 / 26 May 2026
86
14:17 / 26 May 2026
135
14:12 / 26 May 2026
71
14:09 / 26 May 2026
203
14:06 / 26 May 2026
87
14:02 / 26 May 2026
75
13:58 / 26 May 2026
75
13:55 / 26 May 2026
190
13:50 / 26 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.