Qaynar xətt:

(+99450) 247 90 86

Arvadı ola-ola başqa qadınla evləndi, 23 il sonra yeni oğlu üzə çıxdı - Səxavət Məmmədovun HƏYATI (VİDEO)

news/2025_07_28/sexavet_1753688219.jpeg

ŞOU-BİZNES

882

28.07.2025, 11:23

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir.

Söhbət  sevilən mərhum müğənni Səxavət Məmmədovdan gedir.

Oxu24.com  müğənninin həyat yolu ilə bağlı maraqlı faktları təqdim edir:

Oğlu Bəxtiyar müsahibələrinin birində deyir: "Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".

Daha ətraflı  videoda: