Əli Əsədov daha bir qərar İMZALADI
03 Fevral 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1041
04.02.2020, 10:46
“Sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
“Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.
Müşavirənin tam videosunu təqdim edirik:
Həmçinin oxuyun
02:50 / 04 Fevral 2026
52
01:36 / 04 Fevral 2026
63
01:25 / 04 Fevral 2026
68
00:55 / 04 Fevral 2026
70
00:41 / 04 Fevral 2026
68
00:26 / 04 Fevral 2026
89
00:01 / 04 Fevral 2026
79
23:40 / 03 Fevral 2026
470
23:35 / 03 Fevral 2026
90
23:35 / 03 Fevral 2026
73
23:32 / 03 Fevral 2026
69
23:28 / 03 Fevral 2026
234
23:22 / 03 Fevral 2026
68
23:16 / 03 Fevral 2026
83
23:12 / 03 Fevral 2026
74
23:06 / 03 Fevral 2026
61
22:54 / 03 Fevral 2026
82
22:46 / 03 Fevral 2026
134
22:41 / 03 Fevral 2026
75
22:36 / 03 Fevral 2026
73
22:32 / 03 Fevral 2026
133
22:29 / 03 Fevral 2026
102
22:19 / 03 Fevral 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.