Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1407
03.02.2026, 15:19
Siyasi analitik Lavrovun açıqlamasını şərh etdi:”Bu, İrəvana “bizdən yaxanı qurtara bilməzsən” hədəsidir”.
Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. O, bildirib ki, Moskva Ermənistanı və digər strateji tərəfdaşlarını xarici təsirlərin qarşısında qoymaq niyyətində deyil. Bu mesaj Rusiyanın Ermənistana “ ABŞ-yə sığınmaqla məndən yaxanı qurtara bilməzsən” anlamına gəlmir ki?
Oxu24.com-un suallarını siyasi-analitik Elməddin Behbud cavabladırıb.
O, bildirib ki, Kreml vəziyyətə münasib şəkildə getdikcə ritorikasında dəyişiklik etməkdə israrlıdır.
”Bildiyimiz kimi xeyli müddətdir ki, Rusiyanın müxtəlif səviyyəli rəsmiləri təmsil etdikləri dövlətin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”(TRIPP) layihəsinə qoşulmaq istəklərini ifadə edirlər. Bu ardıcıl cəhdlər rəsmi İrəvanın neqativ məzmunlu reaksiyaları ilə məhdudlaşdırıldıqca Kremlin ritorikası da dəyişir. Bununla Rusiya Ermənistana "ABŞ-a sığınmaqla məni neytrallaşdıra bilməzsən" mesajını vermiş olur. Əslində bu gözlənilən idi. Çünki rəsmi Moskvanın Ermənistanı təsir dairəsində saxlamaq, həmçinin, ABŞ-nin regional layihələrdəki iştirakını əngəlləmək məqsədilə iqtisadi və təhlükəsizlik alətlərindən istifadə etməsi təəccüblü deyil. Rusiya özünü Ermənistan dövlətinin yaranmasının səbəbkarı və varlığının qarantiyası hesab edir. Sergey Lavrov və digər rus diplomatların "xarici təsirlərdən qorumaq" və "strateji tərəfdaşlıq" ifadələri, əslində, Ermənistanın Qərbə yaxınlaşmasının Kremlin mənafeyi baxımından qəbuledilməz təhlükəsizlik riski olduğunun bəyanıdır. Rusiyanın hazırki siyasi davranışları Ermənistanın müstəqil xarici siyasət manevrlərini məhdudlaşdırmağa çalışmaq və onu regiondakı iqtisadi-logistik layihələrdən kənarlaşdırmaq cəhdlərinin ağır nəticələrə gətirib çıxaracağının xəbərdarlığıdır. Rusiya özünü yalnız həlledici söz sahibi hesab edir, köməkçi rolla barışmaq istəmir. Düşünürəm ki, Rusiya Ermənistanı əbədi forpostu statusunda saxlamaq üçün bütün təzyiq vasitələrindən istifadə etməyə davam edəcək. İyun seçkilərinədək bu dinamikanın yüksələcəyi isə tamamilə gözləniləndir",-deyə Elməddin Behbud bildirib.
Xatırladaq ki, Rusiya TRIPP layihəsində iştirak arzusuna Ermənistandan sərt reaksiya diqqətləri çəkib. Ermənistan Parlament spikeri Alen Simonyan qeyd edib ki, Rusiyanın TRIPP layihəsinə qoşulması TRIPP-in qəfil işləməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək deməkdir.
Əntiqə Rəşid
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.