Prezident Qanunda dəyişikliyi TƏSDİQLƏDİ
23 Noyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
47
23.11.2026, 20:16
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallinlə görüşündə iki ölkə arasında münasibətlərin inkişafı, strateji tərəfdaşlığın genişləndirilməsi və regionda sülhün təmin olunması məsələləri diqqət mərkəzində olub. Dövlət başçısı görüş zamanı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri baxımından tarixi əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərin gələcək konturlarını müəyyənləşdirən əsas sənəd kimi çıxış edir. Bu sənəd təkcə ikitərəfli əməkdaşlığı deyil, həm də Cənubi Qafqazdakı mövcud siyasi və iqtisadi reallıqları yeni müstəviyə daşıyır. Mövcud proseslər fonunda regiondakı qüvvələr balansının necə dəyişəcəyi və Bakı-Vaşinqton əməkdaşlığının hansı yeni imkanlar açacağı geniş müzakirə olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elman Telmanoğlu bildirib ki, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm dəyişiklik yaradan hadisədir:
"Bu sənəd Azərbaycanın xarici siyasətində çoxvektorlu və balanslaşdırılmış yanaşmanın yeni mərhələyə keçdiyini, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində strateji əhəmiyyətinin artdığını göstərir. ABŞ kimi qlobal güclə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın regional proseslərdə mövqeyini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq siyasi çəkisini də artırır. Burada əsas məqam ondan ibarətdir ki, Vaşinqton artıq Azərbaycanı yalnız enerji təhlükəsizliyi və tranzit imkanları baxımından deyil, həm də Cənubi Qafqazda sülhün, sabitliyin və yeni iqtisadi-kommunikasiya əlaqələrinin formalaşmasında mühüm tərəfdaş kimi nəzərdən keçirir".
Politoloq qeyd edib ki, bu əməkdaşlığın regional qüvvələr balansına təsirlərindən biri Cənubi Qafqazda geosiyasi rəqabətin yeni mərhələyə daxil olmasıdır:
"ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığı regionda Qərbin siyasi və iqtisadi mövqelərini gücləndirir, eyni zamanda, Azərbaycanın Rusiya, Türkiyə, İran və digər regional aktorlarla münasibətlərində manevr imkanlarını genişləndirir. Xüsusilə TRIPP layihəsi və Orta Dəhlizin inkişafı Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilməsi perspektivini gücləndirir. Bu proses Rusiyanın ənənəvi regional təsir imkanlarının müəyyən mənada məhdudlaşmasına, İranın isə regiondakı nəqliyyat və kommunikasiya maraqlarını yenidən qiymətləndirməsinə səbəb ola bilər. Bununla belə, hesab edirəm ki, Azərbaycanın strateji marağı hər hansı geosiyasi qarşıdurmanın tərəfinə çevrilmək deyil, artan beynəlxalq əhəmiyyətindən istifadə edərək regional balansı qorumaqdır".
Elman Telmanoğlu Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının dəyişməsi məsələsinə də toxunub:
"Azərbaycan-ABŞ tərəfdaşlığı təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, terrorçuluğa qarşı mübarizə, kibertəhlükəsizlik, kritik infrastrukturun qorunması, müdafiə imkanlarının inkişafı və humanitar minatəmizləmə kimi istiqamətləri əhatə edir. Bu, Azərbaycanın milli təhlükəsizlik imkanlarını gücləndirməklə yanaşı, regionda sabitliyin təmin olunmasına da töhfə verə bilər. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması yeni təhlükəsizlik reallığı yarada bilər. Lakin vurğulamaq lazımdır ki, strateji tərəfdaşlıq avtomatik olaraq hərbi ittifaq və ya təhlükəsizlik zəmanəti demək deyil. Onun real geosiyasi nəticələri tərəflərin üzərinə götürdükləri niyyətləri konkret layihələrə və davamlı siyasi mexanizmlərə çevirməsindən asılı olacaq".
Ekspertin sözlərinə görə, ikitərəfli münasibətlərin yeni mərhələsi ilk növbədə siyasi dialoqun daha institusional və sistemli xarakter almasına şərait yaradır:
"Bu, Azərbaycanın Vaşinqtonla münasibətlərində yalnız regional məsələlər üzrə deyil, qlobal siyasi, iqtisadi və təhlükəsizlik gündəliyi üzrə də daha fəal tərəfdaş kimi çıxış etməsinə imkan verir. Xüsusilə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarşılıqlı münasibətlərin əsas prinsipləri kimi təsbit olunması siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ-ın regionda sülh prosesinə verdiyi dəstək Azərbaycanın postmünaqişə dövründə mövqelərinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi və Ermənistanla münasibətlərin normallaşdırılması baxımından əlavə diplomatik imkanlar yaradır. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq təşəbbüslərinin dəstəklənməsi və regional liderlik mövqeyinin gücləndirilməsi üçün yeni perspektivlər aça bilər".
Müsahibimiz vurğulayıb ki, iqtisadi və təhlükəsizlik istiqamətlərində də əməkdaşlığın potensialı kifayət qədər genişdir:
"Xartiyada enerji, nəqliyyat, ticarət, süni intellekt, rəqəmsal infrastruktur, investisiyalar və müdafiə sahələri üzrə əməkdaşlığın inkişafı nəzərdə tutulur. ABŞ kapitalının və texnologiyalarının Azərbaycana cəlb edilməsi, süni intellekt və məlumat mərkəzlərinin yaradılması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə ciddi töhfə verə bilər. Təhlükəsizlik sahəsində isə müdafiə sənayesi, kibertəhlükəsizlik, antiterror əməkdaşlığı, dəniz təhlükəsizliyi və minatəmizləmə istiqamətlərində yeni imkanlar formalaşır. Mən hesab edirəm ki, Azərbaycanın qarşısında duran əsas vəzifə bu strateji tərəfdaşlığı sadəcə siyasi bəyanatlar səviyyəsində saxlamamaq, onu konkret iqtisadi investisiyalara, texnologiya transferinə, təhlükəsizlik mexanizmlərinə və uzunmüddətli layihələrə çevirməkdir. Əgər bu istiqamətlər üzrə nəzərdə tutulan əməkdaşlıq ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Xəzər hövzəsi və Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi sistemdə daha mühüm mövqe əldə edə bilər".
Çimnaz Telmanqızı
20:21 / 23 Noyabr 2026
1
20:09 / 23 Noyabr 2026
54
19:53 / 23 Noyabr 2026
61
19:39 / 23 Noyabr 2026
101
19:33 / 23 Noyabr 2026
63
19:14 / 23 Noyabr 2026
77
19:10 / 23 Noyabr 2026
302
19:00 / 23 Noyabr 2026
93
18:46 / 23 Noyabr 2026
208
18:42 / 23 Noyabr 2026
134
18:35 / 23 Noyabr 2026
109
18:13 / 23 Noyabr 2026
114
18:09 / 23 Noyabr 2026
3949
17:55 / 23 Noyabr 2026
254
17:52 / 23 Noyabr 2026
112
17:46 / 23 Noyabr 2026
112
17:44 / 23 Noyabr 2026
131
17:13 / 23 Noyabr 2026
297
17:12 / 23 Noyabr 2026
160
16:57 / 23 Noyabr 2026
164
16:55 / 23 Noyabr 2026
142
16:45 / 23 Noyabr 2026
329
16:41 / 23 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.